Şamaxıdan xatirələr

Məşhur jurnalist, “Molla Nəsrəddin” jurnalının redaktoru, ictimai xadim Ömər Faiq Nemanzadənin memuarından bir hissəni təqdim edirik.

Həmin hissə Ömər Faiqin Şamaxıda müəllim olduğu dövrdəki təəssüratları əsasında yazılmışdır.

“Burada fanatizm Şəkidən və bir çox yerlərdən də artıq idi. Fanatizmin ən böyük hissəsi şiələrdən ziyadə sünnilərin üstünə düşürdü. Şəki, Gəncə, Qazax, Bakı, Şuşa və başqa yerlərdə də şeyx, imam, təriqət büsatları əskik deyildi. Lakin burada olduğu qədər heç bir yerdə kök salıb genişlənməmişdi. Şamaxı uyezdi başdan-başa şeyxliyə bölünmüşdü:

Külüllü tərəfində Şeyx Bilal əfəndi, Kürdəmir mahalında Şeyx Hacı Mahmud baba, Qaraqoyunlu səmtində Şeyx Hacı Mustafa şah, Qobustanda Şeyx Həmid paşa hökmran idilər. Bu həriflərin elmləri bir yana dursun, adi savadları belə yox idi. Lakin camaat arasında böyük nüfuz və hörmətləri var idi. Camaat hökumətdən artıq bunlara tabe idi. Camaatın ən gözəl yeyəcəyi, mal-qarası sədəqə, nəzir, ehsan yolu ilə bunların qarınlarını dolandırırdı. Şeyx Həmid paşanın böyük qoyun sürüləri, at ilxıları, qaramal naxırları mahal çöllərini tutmuşdu. Buğda ilə dolu anbarları kiflənib yatırdı. Şeyxlərə təkcə avam kəndlilər deyil, şəhərlilər də hörmət göstərirdilər”.

“Qaraqoyunlu kimi böyük bir kənddə yarımçıq da olsa, bir məhəllə məktəbi yox idi. Burada və ətrafında camaat bütün fakir və xəyalını müridbazlıq adı ilə təriqət oyunlarına vermiş, əsəri-maarif bir yana dursun, köhnə üsul tədris elmlərindən də nişanə yox idi. Belə yerlərdə qadınların halı kişilərinkindən daha acınacaqlı, daha səfalətli, daha da ağır və qəmli idi. Buralarda qadınlar, möminlərin köhnədən bəri deyilən kimi, kişilərin və xüsusilə də şeyxlərin əyləncə və iş malları idi…

Bir çox şeyxin iki-üç şəri arvadı olduğuna baxmayaraq, şeyx hərəmxanası – kiçik bir ölçüdə olsa da – Soltan Həmidin o çox böyük hərəmxanasına oxşayırdı. Ayrılığı burda idi ki, soltan hərəmxanasına alınan qızlar və qadınlar pul ilə alınırdı, şeyxlərinki isə pulsuz olaraq nəziri-bəst və zövci-axər surətilə dolardı. Bunların başqa təriqətdən xoşu gələn ərli arvadlar, qarnı ağrıyanlar, uşağı olmayanlar, ərlərinə küsənlər, göbəklərini yazdırmaq istəyənlər, şeyx yanındakı cavan müridlərə gözü düşənlər, ərləri fəqir və çirkin olanlar, məşğuliyyətsiz qalan dul arvadlar… hamısı… hamısı şeyx hərəmxanasına toplanardı.

Bir şeyxin boynuna düşən bu qədər tüfeylilərin, müftə yeyənlərin nə ilə yaşadıqlarına təəccüb edənlər, bir-iki kəndin deyil, bəlkə bütün mahalın nəzir, qurban, sədəqə və ehsan adları ilə şeyx üçün toplanan sürü, naxır və ilxıları görsələrdi, heç də çaşıb qalmazlardı. Biçarə avam kəndlilər mülkədarlar, bəylər, ağalar tərəfindən bəhrə və icarə adları ilə soyulduqlarından sonra qalan var-yoxlarını da bu cür oyunlarla ruhanilərə yedirirlərdi.

Hələ bunlar yenə bir dərəcə ədəbli, daha doğrusu, gizli, qapalı idi. Şamaxıda Qobustan mahalında Acıdərə kəndində yaşayan Şeyx Həmid paşanın təriqət büsatı daha razilanə, daha nifrətli idi.

Sırf avam və savadsız olan şeyx ata-babasının nüfuz və hörmətindən istifadə edərək təriqət adı ilə yapmadığı rəzalət, etmədiyi şeytanlıq, sürmədiyi heyvani zövq qalmamışdı.

Bu uzunqulaq hərifin hər gün aşikarə yapdığı rəzaləti görən Qobustan camaatı bu iblisi yenə müqəddəs, möhtərəm hesab edirlərdi. Hətta özünün ətək və ayaqlarını öpə bilməyənlər atının yalını öpmək kimi dünyanın heç bir yerində görülməyən heyvanlıqdan çəkinməzlərmiş. Boy, sifət, şəkil və xasiyyətcə Soltan Həmidə çox oxşayan bu alçaq hərifin özünəməxsus ayrıca bir təriqət ayini varmış: bunun hər kənddə kişi və qadın birər xəlifəsi bulunar, keyfi qalxanda kəndləri birər-birər gəzər, müridlərin təriqət ayinlərinə özü rəhbərlik edərmiş. Zikr və ibadət həmişə axşamlarda, gecələrdə olurmuş. Qabaqca kişilərin ayinlərinə gedər, öz iştirakı ilə onlara guya feyz və həyat bağışlarmış. Qadınların yığıncaqlarını isə qəsdlə dala, daha qaranlıqlara buraxarmış. O burada öz təriqət, hünər və şeytanlıqlarının bütün nömrələrini çıxarar, ruhani cəzb və qəşşadları ilə bütün eşqbazlıq hiylələrini onlara, o sadə ürəklilərə, o çarəsizlərə birər-birər möcüzə kimi göstərər, hamını öz ilahi təriqətinə heyran qoyarmış. Yarı gecələrə qədər sürən ibadətdən sonra qadınlar evlərinə dağılıb gedərlərmiş. Ancaq ibadət zamanı gözə gələn gözəllər məxsus bir iltifat olmaq üzrə xəlifə vasitəsilə saxlanılar, onlara gecə xüsusi bir otaqda yatan şeyxə xidmət etmək kimi ruhani vəzifə tapşırılarmış. Onlar ibadətlə yorulmuş olan şeyxin vücudunu ovxalayıb, qüvvət və qiyamə gətirir və bu sürətlə feyz və savab qazanarlarmış…

Bütün ömrünü təriqət ayinlərində bu sürətlə keçirən, Soltan Həmiddən aşağı qalmayan, hər istədiyi heyvani keyfini sürən bu uzunqulaq lotubaza qarşı kimsə səsini çıxara bilmirmiş. Tərsinə, hamı bu iblisi görüncə əlinə sarılar, iltifatını canına minnət bilərmiş. Bu rəzaləti duyan böyük hökumət məmurları isə eşitməzliyə gələr, camaatın avamlığına ürəkdən sevinirmişlər. Lakin həmin bu məmurlar Şamaxıda təzə açılan milli məktəbdəki partalara, divarlardakı xəritələrə “müsəlmanlığa yaraşmaz”, – deyə etiraz edər və bu yol ilə İslam dininin qeydinə qalarlarmış.

Hər kəsin hörmət etdiyi bu hərifin və bu kimilərin və ümumiyyətlə ruhanilərin 1895-ci ildə Şəkidə, 1901-ci ildə Şamaxıda gördüyüm və eşitdiyim rəzalətlərini ancaq 1904-cü ildə “Şərqi-Rus”da və 1905-ci il inqilabdan sonra isə “Molla Nəsrəddin”də və başqa qəzetlərdə yazıb açmağa başladım (1907-ci ildəki “Molla Nəsrəddin”in 35-ci nömrəsində Həmid Paşa büsatına baxınız!)

Şamaxı camaatını ümumiyyətlə insaniyyətli, xoşxasiyyətli gördüm. Ancaq çox dindar, süfiməşrəb idilər”.

Ömər Faiq Nemanzadə – Ətiqə

Əti­qə – Qə­dim, köh­nə

Ba­kı­da Qu­ba mey­da­nın­dan ke­çir­dim. Gör­düm ca­ma­at o qə­dər yı­ğı­lıb ki,de­yə­sən cə­mə mə­sə­lə­sin­dən öt­rü mi­tinq edir­lər. Bi­raz ya­xın get­dim ki, gö­rüm bu nə qi­ya­mət­dir? La­kin bir zad an­la­ma­dım. Ancaq də­yə­nək gup­pul­tu­su ilə qa­rı­şıq ba­ğır­tı səs­lə­ri eşit­dim. Bu hən­ga­mə­də üç-dörd ga­vur əc­nə­bi səy­yah­lar damə­nə ya­xın gə­lib, mi­tin­qin sə­bə­bi­ni duy­maq is­tə­di­lər. Bun­la­rın bi­ri tez fo­toq­ra­fi­ya ma­şı­nı çı­xa­rıb mi­tin­qin şək­li­ni al­ma­ğa baş­la­dı.

Mən da­ha ar­tıq şək­lən­dim və fi­kir et­dim ki, bu az­ğın mü­səl­man­lar po­li­sə­ni or­ta­ya alıb pro­test edir­lər. Amma ca­ma­a­tın çox­lu­ğun­dan ya­xı­na ge­də bil­mə­dim. Axır­da bir həm­şə­ri­dən xə­bər al­dım ki, ”Qar­daş, bu nə xə­bər­dir?”

Həm­şə­ri tü­tün çu­bu­ğu­nu ağ­zın­dan çı­xa­rıb bir ne­çə kə­rə cit­fit et­di. Tüp­rü­yü düz səy­ya­hın üs­tə düş­dü. Bi­raz son­ra mə­nə böy­lə ca­vab ver­di: ”Za­lım uşa­ğı it­lər gə­lib ka­bab­çı­la­rın ət­lə­ri­ni ye­yib­lər, ka­bab­çı­lar da it­lər­dən in­ti­qam alır­lar”.

Son­ra qan­dım ki, hə­mi­şə­ki mü­səl­man mi­tin­qlə­rin­dən­dir. İstə­dim ki,işi­min da­lın­ca ge­dim,gör­düm ki, həm­şə­ri­nin tü­pür­dü­yü­nə acıq­la­nıb ge­dən səy­ya­hın əlin­­də əti­qə mal­lar və bir çox mü­səl­man qə­zet­lə­ri var. Əcnə­bi­lə­rin məm­lə­kət­lə­ri­miz­də əti­qə mal­lar al­dıq­la­rı mə­lum. La­kin bu mü­səl­man qə­zet­lə­ri­ni yığ­ma­la­rı nə üçün? Bi­zim tə­zə qə­zet­lər on­la­rın nə­yi­nə la­zım?

Doğ­ru­su,bu iş mə­nə dərs ol­du.Yan­la­rın­da­kı dil­manc­dan so­ruş­dum ki, bun­lar bi­zim mü­səl­man qə­zet­lə­ri­ni nə­dən öt­rü alır­lar. Dil­manc ha­zır­laş­dı ki, ca­vab ver­sin,o yan­dan səy­ya­hın bi­ri tür­kcə de­di: ”Əfən­dim, bun­lar bi­zim üçün əti­qə­dir.” Bir yev­ro­pa­lı­nın gö­zəl tür­kcə da­nış­ma­sı və bi­zim qə­zet­lə­rə əti­qə de­yib, əziz və möh­tə­rəm tut­ma­sı mə­nim mil­li his­si­mi oyan­dır­dı. Mən də ra­zı­lıq üçün de­dim:

-Çox se­vin­dim ki,siz bi­zim qə­zet­lə­ri əti­qə ki­mi möh­tə­rəm sax­la­yıb bi­zim Qaf­qa­zı hə­mi­şə ya­da sal­maq is­tə­yir­si­niz.

Mə­nim bu ra­zı­lı­ğı­ma qar­şı səy­yah ya­vaş­ca gü­lüb de­di:

-Əfən­dim, biz­də ri­ya­kar­lıq və ya­lan­çı­lıq ol­maz. Si­zin qə­zet­lə­rin əti­qə­li­yi öz­gə cə­hət­lər­dir. Nə­in­ki Qaf­qaz mü­səl­man qə­zet­lə­ri ol­du­ğu üçün. Əgər öz­gə qə­zet­lər də var­sa mər­hə­mət edib bi­zim üçün ta­pı­nız.

Səy­ya­hın bu acı və rü­muz­lu sö­zü mə­nim ba­şı­ma su tö­kü­lən ki­mi ol­du. Çox bo­zul­dum və de­dim:

-Ta­pa­ram,la­kin bi­zim qə­zet­lə­rə nə­dən öt­rü əti­qə de­mə­yi­ni­zi qan­ma­dım.

Səy­yah:

– Kö­mək edə­cə­yi­niz­dən ra­zı­yıq. Əti­qə bəh­si uzun­dur. Vax­tı­nız var­sa, bu­yu­run bi­zim mən­zi­lə ge­dib da­nı­şaq.

– Çox əgəb – de­dim və “yev­ro­pa” meh­man­xa­na­sı­na doğ­ru get­mə­yə baş­la­dıq, yol­da­kı söh­bə­ti­miz­dən duy­dum ki, mə­nim­lə da­nı­şan in­gi­lis Mi­sir­də, İstan­bul­da 10-15 il qa­lıb, çox gö­zəl ərəb­cə, tür­kcə bi­lir. Ota­ğa gi­rib otu­ran­dan son­ra mən baş­la­dım:

– Bi­zim qə­zet­lə­rə si­zin nə­dən öt­rü əti­qə de­mə­yi­ni­zi bil­mək is­tə­yi­rəm, bəl­kə, bi­zim Azər­bay­can şi­və­si si­zə əti­qə ki­mi gə­lir?

İngi­lis:

– Xeyr, on­lar bi­zə çox­dan mə­lum.Bi­zim bil­mə­di­yi­miz an­caq qə­zet­lə­ri­ni­zin məz­mun və mün­də­ri­ca­tı idi. İndi oxu­yub gör­dük ki, do­ğur­dan da, əti­qə­dir­lər. Bu­dur ki, alıb məm­lə­kə­ti­mi­zə gö­tü­rü­rük və mu­zey­lər­də sax­la­ya­ca­ğıq.

Mən:

– Bu söz bi­zim üçün hə­qa­rət­dir. Nə­dən öt­rü bi­zim tə­zə qə­zet­lə­ri köh­nə mal­lar,pas­lan­mış pa­xır pul­la­rı ilə bə­ra­bər tu­tur­su­nuz? Hal­bu­ki bi­zim qə­zet­lər də qon­şu­la­rı­mı­zın qə­zet­lə­ri ki­mi hər şey­dən ya­zır,hər şey­dən bəhs edir­lər. Bəs, nə­dən öt­rü bi­zim­ki­lər si­zə köh­nə gö­rü­nüb, be­lə şey­lər­də də, din və mil­lət tə­əs­sü­bü çə­kir­si­niz?

İngi­lis:

– Əfən­dim,tə­laş et­mə­yə­si­niz. Tə­ə­cüb ye­ri yox. Bu­dur, ”Ye­ni hə­qi­qət”in 3-cü nöm­rə­si ,oxu­yum qu­laq ası­nız.

“İda­rə­dən: Bü­tün ülə­ma və şa­ir mü­hər­rir­lə­rə tə­əf­lik edi­riz ki, ”Ki­ta­bi-mü­bin” mə­sə­lə­si­nə mü­da­xi­lə et­sin­lər. Bu xü­sus­da ya­zı­lan mə­qa­lə­lə­rə qə­ze­ti­mi­zin sü­tun­la­rı açıq­dır”.

Mən:

– Çox yax­şı,bun­da nə var ki?

İngi­lis:

– Əzi­zim, da­ha nə ola­caq. Qaf­qaz­lı­la­rın bu sı­xın­tı ha­lə­tin­də Osman­lı­nın, İra­nın be­lə mü­si­bət­li gün­lə­rin­də siz hə­lə boş din bəh­slə­ri ilə vaxt ke­çi­rir­si­niz. Be­lə bəhs­lə­ri öz­gə mil­lət­lər 300 il əv­vəl elə­yir­di. Hal­bu­ki siz bu gün, həm də fə­la­kət­li gün­lə­ri­niz­də elə­yir­si­niz. Bu­na gö­rə 300 il əv­vəl­ki qə­zet­lər bi­zim üçün əti­qə­dir, elə də si­zin bu­gün­kü qə­zet­lə­ri­ni­zi (in­gi­lis bu hən­ga­mə­də ça­ma­dan­dan 5-10 mü­səl­man qə­ze­ti çı­xa­rıb mə­nə gös­tər­di) oxu­yur­su­nuz, ba­xı­nız,bu tə­zə de­di­yi­niz qə­zet­lə­ri. Allah üçün de­yi­niz: Bun­la­rın yaz­dıq­la­rı ilə 500 il əv­vəl­ki adam­la­rın fi­kir­lə­ri, əqi­də­lə­ri və adət­lə­ri ara­sın­da nə fərq var? Ha bir fərq var, ba­ğış­la­yı­nız, bu fi­kir­lər, bu əqi­də­lər, bu bəh­slər əs­ki za­man­da din ki­tab­la­rın­da ya­zı­­lır­dı. Amma in­di mü­səl­man qə­zet­lə­rin­də…

Mən bu hə­qa­rə­tə da­yan­ma­yıb de­dim:

– Səh­vi­niz var, əfən­dim! Bi­zim di­ni­mi­zin qo­şun­la­rı si­zin­ki ki­mi boş dua, qu­ru əx­laq, adi iman və vic­dan his­slə­rin­dən iba­rət de­yil.

Biz hər ad­dı­mı­mı­zı min üç yüz il əv­vəl gə­lən şə­ri­ə­ti­miz öy­rət­di­yi ki­mi və hər işi­mi­zi ru­ha­ni­lə­ri­mi­zin bu­yur­du­ğu ki­mi tut­maq is­tə­yi­rik. Eyib ol­ma­sın, ba­ğış­la­yı­nız: Dö­şək­də ya­tıb-qal­xma­ğı, hət­ta ayaq yo­lu­na get­mə­yi də gə­rək şə­ri­ət­dən öy­rə­nək. Bu sə­bəb­dən din bəh­slə­ri və nə­si­hət­lə­ri bi­zim üçün ey­ni ne­mət və bü­yük sə­a­dət­dir.

İngi­lis:

– Şə­ri­ə­ti­ni­zə sö­züm yox­dur. La­kin mən bil­mi­rən Qu­ra­nın “Ki­ta­bi-mü­bin” olub-ol­ma­dı­ğın­da ca­ma­at üçün nə nəf və sə­a­dət var? Gö­zü­nü­zü diq­qət­lə açıb özü­nü­zə bir ba­xı­nız: Nə­si­niz, nə­yi­niz var? Han­kı haq­qa, in­san­lı­ğa, mu­sa­va­ta ma­lik­si­niz? Qaf­qa­zı baş­dan-ba­şa  gəz­dim. Siz­dən ca­hil, siz­dən fa­ğır, siz­dən sə­fil, siz­dən qa­te, siz­dən ya­zığ bir ca­ma­at gör­mə­dim. Qon­şu­nuz er­mə­ni­lə­rin, gür­cü­lə­rin də din­lə­ri var. Həm si­zin­kin­dən də köh­nə­dir.

Qə­zet­lə­ri­nə ba­xı­nız. Si­zin­ki ki­mi boş din bəh­slə­ri ilə ca­ma­at­la­rı­nı məş­ğul edir­lər­mi? Onlar siz­dən 2-3 qat az ol­duq­la­rı hal­da, hü­quq­da, ma­a­rif­də, ti­ca­rət­də siz­dən 2-3 qat yu­xa­rı­da­dır­lar. Bu söz­lər­dən in­ci­mə­yin­iz.  Mən bi­tə­rəf bir in­gi­li­səm. Arxa­yın olu­nuz ki, siz ya­zı­çı­la­rı is­tə­di­yim üçün bu söz­lə­ri söy­lə­yi­rəm. Mən:

– Bi­zi is­tə­yən bi­zi, bi­zim qə­zet­lə­ri pis­lə­yər­mi?

İngil­is:

– Qa­nı­ram ki, si­zin in­di­ki ha­lı­nız lap köh­nə ya­hu­di­lə­rin və qə­dim bi­zans rum­lu­la­rı­nın ha­lı­na ox­şa­yır. Siz öz xe­yir­xah­la­rı­nı­zı da ta­nı­mır­sı­nız!

Mən:

– Yax­şı ta­nı­yı­rıq. Biz heç vaxt qə­dim yə­hu­di­lə­rə də ox­şa­mı­rıq ba­ğış­la­yı­nız.

İngi­lis:

– Tam on­lar ki­mi­si­niz. Bi­lir­si­niz ki, əs­ki os­man­lı­lar da İstan­bu­lun di­var­la­rı­nı top­la dö­yən­də, rum­lar Aya So­fi­ya­ya dolu­şub din bəh­slə­ri ilə bir-bi­ri­lə­ri­ni bo­ğur­lar­dı. Kim­sə­də və­tən qey­di, mil­lət qey­rə­ti, in­san­lıq his­si qal­ma­mış­dı. O idi ki, os­man­lı­lar bi­raz bir mü­qa­vi­mət­dən son­ra qo­ca Bi­zans im­pe­ra­tor­lu­ğu­nu çü­rük ağac ki­mi de­vir­di­lər. Si­zin bu­gün­kü ha­lı­nız­da o da­ğıl­mış mil­lət­lə­rin ha­lı­na ox­şa­yır. Öz gü­nü­nü­zü, öz dər­di­ni­zi bu­ra­xıb şey­ta­nın löv­hi-məh­fu­zun, zül­cə­na­hın qey­di­nə qa­lır­sı­nız. İslam gün­bə­gün irə­li get­di­yi hal­da siz hə­lə 500 il əvvəl­ki din bəh­slə­ri ilə ge­ri-ge­ri qa­çır­sı­nız. İndi de­yi­niz: Be­lə bir vax­tda ca­ma­a­tı fa­i­də­siz, din bəh­slə­ri ilə məş­ğul edən mü­səl­man qə­zet­lə­ri “əti­qə”de­yil­lər də, nə­dir?

Mən:

– Bir qə­ze­ti­miz ne­cə olub­sa, elə bil zad yaz­mış.

İngilis:

– Bir qə­ze­tin­izmmi? Ha­mı­sı be­lə­dir. (Bu hən­ga­mə­də çan­ta­sın­dan bir çox qə­zet çı­xar­dıb qa­ba­ğı­ma tök­dü və baş­la­dı oxu­ma­ğa:)

“Bur­ha­ni-tə­rəq­qi”, nöm­rə 131: “Qə­zet­də oxu­yan ada­mın ima­mə­ti ca­iz­mi?”

“İşıq” nöm­rə 1: “İstan­bul­da bir türk xa­nı­mı fo­toq­raf­xa­na­ya ge­dib üzü açıq şək­li­ni çı­xar­tmaq is­tə­miş, la­kin po­lis dö­yüb fo­toq­raf xa­na­nı da­ğıt­mış.(?) və xa­nı­mı di­va­ni hər­bi­yə(?) ver­miş, ida­rə­dən: İslam xa­nım­la­rı­nın

şə­ri­ə­ti-is­lam­dan kə­na­ra çıx­ma­ma­la­rı əl­zəm­dir”.

“Bə­ya­nül həqq”.Bi­zim ni­cat və sə­a­də­ti­miz tə­məs­sük edib on­dan bir qıl qə­dər ay­rıl­ma­maq­la  ola­caq­dır…

İngi­lis:

De­yi­niz gö­rək, bun­lar 500 il əv­vəl­ki fi­kir­lər, ya­zı­lar de­yil də nə­dir? Be­lə ya­zı­la­ra bi­zim və si­zin nə­və­lə­ri­niz “əti­qə” de­məz də nə de­yər?

Ömər Faiq Nemanzadə – Mən kiməm?!

Za­ma­na­mız­da, yə­ni din və əbu­diy­yət­dən, cins və mil­lət­lə­rin hökm sür­dü­yü be­lə bir çağ­da in­san öz soy və mil­lə­ti­ni ta­nı­ma­maq, da­ha doğ­ru­su, özü­nü bil­mə­mək ən bö­yük gü­nah­lar­dan, si­lin­məz lə­kə­lər­dən bi­ri­dir. La­kin bu lə­kə tez­lik­lə ge­dən lə­kə­yə də bən­zə­mir. Bu lə­kə ya­man lə­kə­dir. Bu lə­kə su­rə­tin­də elə yı­lan­cıq (qan­qre­na) ya­ra­sı­dır ki, mil­lə­ti­mi­zin vü­cu­du­nu, tür­klük var­lı­ğı­nı ya­vaş-ya­vaş gə­mi­rir, yox edir.

Bu gün həm də ki­çik mil­lət­lə­rin, xü­su­si­lə məh­kum mil­lət­lə­rin öz var­lıq­la­rı­nı, öz hü­quq­la­rı­nı sax­la­maq id­di­a­sı ilə bu qə­dər qan tö­kü­lən bir vax­tda bi­zim özü­mü­zü ta­nı­ma­maz­lıq bə­la­sı,də­rin dü­şü­nü­lür­sə, qa­ra­ya­ra­dan da, ta­un çi­ba­nın­dan da da­ha acı­lı və da­ha zə­hər­li­dir. Hər kəs öz mil­lə­ti­ni ta­nı­yıb onun yo­lun­da ağ­la­dı­ğı, onun yo­lun­da gö­zü­nü kor et­di­yi böy­lə bir hən­ga­mə­də biz öz mil­lə­ti­mi­zi sev­mək de­yil, onun hət­ta qu­ru adı­nı da bil­mə­yib or­ta­da şa­şıb qal­mı­şız. Çox­dan çü­rü­müş əqi­də­lər, tə­ri­qət­lər tir­yə­ki­si­nin bey­ni­mi­zə ver­di­yi sər­səm­lik­lə hər­lə­nib du­ru­ru­ruz.

Bu hal ilə kim üçün və nə­dən öt­rü ça­lı­şa­ca­ğı­mı­zı da, tə­bii, itir­mi­şik. İtir­mə­sək də be­lə bi­lin­mə­yən və bi­lin­mə­di­yi üçün də se­vil­mə­yən bir mil­lət üçün kim də­li­dir ki, can yan­dır­sın?

Kim olur­sa ol­sun, in­san bir nə­fər, bir mil­lət və ya bir fik­ri-əməl uğ­run­da o vaxt can yan­dı­rır ki, ona o za­man aşiq olur ki, oxu ya­xın­dan ta­nı­yıb ürək­dən sev­sin, yox­sa qu­ru və ya­lan­çı gös­tə­riş­lər­lə ara­da mə­həb­bət, eşq de­yil, ba­ya­ğı dos­tluq be­lə ol­maz.

Mən id­di­a et­mək de­yil,uca səs­lə ba­ğı­rı­ram ki, biz özü­mü­zü ta­nı­mı­rız, biz öz mil­lə­ti­mi­zin boş adı­nı be­lə bil­mə­yi­riz.

Nə olub, ni­yə do­da­ğı­nı büz­dün? Gö­rü­nür,söy­lə­dik­lə­rim­də şək­lin var. Çox yax­şı, bu­yur bə­ra­bər so­ru­şa­lım, kim­dir o?

-Ma­ra­ğa­lı Mə­şə­di Əli­əs­gər.

– Bu kim?

– Şa­ma­xı­lı Əbdül­qa­far.

– O bi­ri?

– O da ər­zu­rum­lu Dur­sun ağa.

Bun­la­rın bi­rin­ci­sin­dən so­ru­şa­lım:

– Mə­şə­di, siz nə cins və nə mil­lət­dən­si­niz?

– İran­lı və şi­ə məz­hə­bəm.

– Əbdül­qa­far ağa, sən?

– Mən də qaf­qaz­lı ba­bı­yam.

– Dur­sun ağa, sən bir az oxu­mu­şa bən­zə­yir­sən, gə­rək so­yu­nu, mil­lə­ti­ni ta­nı­ya­san.

– Mən də os­man­lı və sün­ni­yəm.

– Da­ha öz­gə?

– Özgə heç!

Siz çox da de­yi­niz ki, ”sün­ni­lik, şi­ə­lik, ba­bı­lıq bir məz­həb və əqi­də­dir”, cins və mil­lət isə baş­qa­dır.

Dün­ya­da ən ki­çik bir bö­cə­yin, ən ən ya­ra­maz bir otun so­yu cin­si bəl­li­dir, bəs bu qə­dər bö­yük bir in­san yı­ğın­ca­ğı­nın bir cin­si yox­mu?

İştə bə­la da bu­ra­sı­dır ki, həm var, həm də yox­dur? Var­dır: onun üçün ki, biz də öz­gə­lər ki­mi in­sa­nız. Bir də tə­bii, bir mil­lət so­yun­da­nız. Yox­dur: çün­ki, var­lı­ğı­mı­zı bil­mi­rik ki, so­yu­mu­zu da bi­lək.

Gə­lin bir də qon­şu­la­rı­mız­dan so­ru­şaq.

– Şak­ro Ça­pa­rid­ze,sən nə məz­həb­dən­sən?

– Pra­vos­lav.

– Nə mil­lət­dən­sən?

– Gür­cü

– De­mit­ri,sən?

– Mən də pra­vos­lav məz­hə­bin­də­nəm.

– Mil­lə­tin?

– Urun.

– İvan,məz­hə­bin?

– Pra­vos­lav.

– Mil­lə­tin?

– Rus!

Həd­din yox ki, bir oxu­muş gür­cü­yə gür­cü­lü­yün­dən sa­va­yı öz­gə bir ad ve­rə­sən, o sa­at özü­nü al­çaq­laş­dı­rıl­mış he­sab edər və sən­dən bərk də in­ci­yər.

Ya biz­də? Biz­də isə lap tər­si­nə­dir: sə­nin də həd­din yox ki, sal­mas­lı bir tür­kün oğ­lu tür­kə “türk” de­yə­sən, o sa­at sən­dən üz çe­vi­rər­və bəl­kə də sə­ni düş­mən he­sab edər. Bir də axal­sıx­lı bir ağa­ya so­ru­şu­nuz: o gə­lən kim­dir?

– Əcə­mə bən­zə­yir.

– Eyi,dəh­duş diq­qət et!

– Elə özü­dür, əcəm­dir, qı­zıl­baş­dır.

– Qoy ol­sun, bi­raz söy­lə­tə­lim.

– İşin yox, bu­rax dəf ol­sun. Qı­zıl­baş­dan nə eşi­də­cək­sən ki?

Bi­ça­rə­nin xə­bə­ri yox ki, qı­zıl­baş de­yə məs­xə­rə­yə al­dı­ğı ki­mi öz so­yun­dan­dır, öz mil­lət qar­da­şı­dır.

Ame­ri­ka­lı­lar Təb­ri­zə gə­lib mək­təb­lər, xəs­tə­xa­na­lar açır­lar və be­lə­lik­lə şi­ə tür­klə­ri­nə mə­həb­bət gös­tə­rir­lər,yar­dım edir­lər və ya edən ki­mi gör­sə­nir­lər ki, gə­lə­cək­lər­də məs­lək­lə­ri­nə, ti­ca­rət­lə­ri­nə xid­mət elə­sin­lər.

La­kin bə­la­ya ba­xın ki, biz Qaf­qaz tür­klə­ri öz ayaq­la­rı ilə ya­nı­mı­za gə­lən iran­lı şi­ə türk qar­da­şı­mı­za yüz çe­şid ad qo­şub uzaq­la­şı­rıq. Üzdən də ol­ma­sa, ar­xa­dan min dür­lü ya­man de­yi­rik. Söz ba­şın­da “ac tat” de­yə də təh­qir edi­riz.

Tif­lis gu­şə­lə­rin­də ac­lıq­dan, azar­dan can ve­rən iran­lı türk əmə­lə­lə­ri­nə – yır­qat­la­rı­na “per­si­yan” gö­zü ilə ba­xıb ke­çi­rik, fə­la­kət­lə­ri­nə so­yuq­qan­lı ta­ma­şa edi­rik.

Ya Qaf­qaz­da ya­şa­yan iran­lı şi­ə tür­klə­ri? Onlar da­ha qa­fil! Bun­lar biz­dən da­ha ar­tıq uzaq­laş­maq is­tə­yir­lər: mək­təb­lə­ri­ni, məc­lis­lə­ri­ni, hət­ta bə­zi yer­lər­də məs­cid­lə­ri­ni də ayı­rıb öz­lə­ri­nə “şiə-fars” rən­gi ve­rir­lər, ba­la­ca­la­rı­na, yə­ni öz türk oğul­la­rı­na tür­kcə­ni də əsir­gə­yir­lər, oxut­mur­lar. Şi­ə­lik­lə far­slı­ğı heç mü­na­si­bə­ti ol­ma­ya­raq ca­hi­la­nə bir­ləş­dir­mək öz tür­klə­ri­nə bal­ta vur­maq, öz söz­lə­ri­ni, öz ata-ba­ba­la­rı­nı dan­maq is­tə­yir­lər. Ya İra­nın içi ilə çö­lü? Ora­la­rı­nı da­ha so­ruş­ma,keç!

Çox yax­şı ke­çək Ba­kı­ya. Bö­yük “İsla­miy­yə” meh­man­xa­na­sı­na ge­dək. Göy­çək və pak bir ma­sa­nın (mi­zin) ət­ra­fın­da otu­ran oxu­muş və dün­ya­dan xə­bər­dar, hət­ta sö­zün­də mil­lət­pər­vər gö­rü­nən qar­daş­la­rı­mız­dan so­ru­şa­lım. So­ru­şa­lım ki:

– Soy və mil­lə­ti­niz nə­dir?

– Əlhəm­dü­lil­lah mü­səl­ma­nıq.

– Şi­ə­si­niz, yox­sa sün­ni?

– Heç bi­ri de­yi­liz, tək­cə mü­səl­ma­nıq.

– Özgə, da­ha bir adı­nız-za­dı­nız yox­mu?

– Xeyr,xeyr,xeyr!

Bi­rin­ci­lər­lə ikin­ci­lə­rin ca­vab­la­rın­dan an­la­şı­lır ki, ara­la­rın­da xey­li tə­fa­vüt var. Bi­rin­ci­lər məz­həb və əqi­də çev­rə­sin­dən çıx­ma­mış, ikin­ci­lər isə bir az irə­li ge­dib din da­i­rə­sin­də qal­mış. Əgər mən­dən so­ru­şul­sa, ara­la­rın­da heç bir tə­fa­vüt yox. Hər iki­si də bir­dir. Hət­ta de­yə bi­lə­rəm ki, bi­rin­ci­lər da­ha hə­qi­qi, ikin­ci­lər isə da­ha xə­ya­li­dir.

Xə­ya­li­dir, çün­ki əqi­də və məs­lək­lə­ri yox et­mək müm­kün de­yil, əqi­də tə­rəq­qi­nin yol­da­şı­dır, bun­la­rı ayır­maq isə də­li­lik­dir. Hə­nə­fi ilə şə­fa­i­li­yin bir­ləş­mə­di­yi bir yer­də sün­ni­lik ilə şi­ə­li­yi bir­ləş­dir­mək xam xə­yal­la­rın ən xa­mı­dır. Nə zə­rə­ri var? Qoy hər kəs öz əqi­də­si­nə,öz ic­ti­ha­dın­da,öz ima­nın­da ol­sun.

Nə var,ey oxu­cu! Ni­yə ba­şı­nı qa­şı­dın,ni­yə üzü­nü tur­şut­dun? Sul­tan Sə­lim­lə­rin, Na­dir şah­la­rın və bir çox is­lam re­cal və ülə­ma­sı­nın ça­lış­dıq­la­rı,hət­ta o uğur­da can fə­da et­dik­lə­ri bir məs­lə­kə to­xun­du­ğum­dan öt­rü­mü mən­dən in­ci­yir­sən?

Yox, yox,in­ci­mə. Əgər on­lar din və əqi­də­nin xa­siy­yət­lə­ri­ni, və­zi­fə­lə­ri­ni, möv­qe­lə­ri­ni həq­qi ilə bil­səy­di­lər boş-bo­şu­na o qə­dər ça­lış­maz və na­haq ye­rə də o qə­dər qan tö­kül­mə­yə sə­bəb ol­maz­lar­dı. Əgər on­lar “di­ni-is­lam”ın bir ağac, əqi­də­lə­ri­nin də o ağa­cın bi­rər bu­daq­la­rı ol­du­ğu­nu və o ağa­cın bö­yü­mə­si üçün bu­daq­la­rın müt­ləq ay­rıl­maq, ge­niş­lən­mək eh­ti­ya­cın­da bu­lun­du­ğu­nu qa­nıb on­la­ra yol və hür­riy­yət ver­səy­di­lər, is­la­miy­yət heç vaxt bu qə­dər cı­ğı­rın­dan çıx­maz və o qə­dər bo­­ğu­şub əzil­mə­yə, ke­çil­mə­yə də mə­həl qal­maz­dı.

Ey qaf­qaz­lı türk, sən çox­dan is­lam qey­rə­ti­ni çə­kir­sən və bu qey­rət­lə, hət­ta öz var­lı­ğı­nı, öz adı­nı da itir­miş­din.

Sən is­lam uğ­run­da o qə­dər ça­lış­mış, əqi­də qov­ğa­la­rın­da o qə­dər zə­rər çək­miş, o mər­tə­bə yo­rul­muş­san ki, axır­da bu gün on­la­rın ad­la­rı­nı çək­mək is­tə­mə­yib tək­cə mü­səl­man ol­maq xə­ya­lı­na düş­mü­sən.

La­kin əzi­zim, o qə­dər qor­xma! Ye­nə al­dan­ma ki, mə­ri­fət olan yer­də əqi­də ix­ti­la­fi zəh­mət de­yil, rəh­mət­dir. Ey türk, di­ni əqi­də­lər qov­ğa­sın­dan da­ha çox qorxma! Qor­xma ki,on­la­rın hök­mü keç­mə­yə, on­la­rın yer­lə­ri­ni in­di si­ya­sə­ti-mə­i­şət və si­ya­sə­ti-bə­şə­riy­yə əqi­də və məs­lək­lə­ri tut­ma­ğa baş­la­yır.

Ey türk, sən çox da ra­hat­sız ol­ma və şək­kə də düş­mə: di­ni ol­sun, dün­yə­vi ol­sun, əqi­də­ni giz­lət­mə.

Ey türk, sə­nin ba­şı­na çox iş­lər gəl­miş­dir, çox əqi­də­lər dol­muş­dur. Çox şey­lər bil­miş­sən və bu gün də çox ca­hil de­yil­sən! Bir çox ədib­lə­rin, mü­əl­lim­lə­rin,mü­hən­dis­lə­rin, hə­kim­lə­rin, mək­təb­lər­də yüz­lər­cə tə­lə­bə­lə­rin var!

Ey türk, ol­duq­ca çox şey bi­lir­sən. Sən da­ha sırf ca­hil xe­yir və  şə­rin qan­ma­yan de­mək ol­maz.

Sən ey türk! Za­ma­nın bir çox icad­la­rı­nı, tə­zə fi­kir­lə­ri­ni, hət­ta mo­da­la­rı­nı da öy­rə­nir­sən, hət­ta di­ni əqi­də­lə­rin çü­rü­mə­yə üz tut­du­ğu­nu se­zib dün­yə­vi əqi­də­lə­rə iman et­mə­yə də baş­la­yır­san.

Əvət, çox şey­lər, fənn­lər bil­mə­yə ça­lı­şır­san. Bir çox hü­nər­lər də öy­rən­miş­sən. Ha­va­la­ra çı­xıb və yıl­dız­la­rın nə ol­duq­la­rı­nı ya­xın­dan bil­mək, ye­rin içə­ri­lə­ri­nə gi­rib ma­hiy­yə­ti­ni an­la­maq is­tə­yir­sən. Ancaq, bir­cə xü­sus­da ca­hil­sən. O ba­rə­də heç bir zad bil­mə­yir­sən. Hər şe­yi öy­rən­mək is­tə­di­yin sə­nə ən la­zım­lı,sə­nə ən bi­rin­ci fərz olan və­zi­fə­dən xə­bə­rin yox…

Nə var, ni­yə da­rıx­dın? Ni­yə ye­nə can sı­xın­tı­sı­nın acı­sı­nı bığ­la­rın­dan, do­daq­la­rın­dan al­ma­ğa baş­la­yır­san?

Doğ­ru­su,tü­tün çə­kən­lər­dən ol­say­dım, bur­da mol­la­la­rın sa­la­va­tı ki­mi, bir pa­pi­ros çək­mə­yi töv­si­yə edər­dim.

Hə, ey türk! İstər da­rıx, is­tər­sə qa­rıx, ya­xan­dan əl çə­kən de­yi­ləm. Sən hər şe­yi öy­rən­mək is­tə­di­yin hal­da ni­yə bir­cə za­dı – yə­ni özü­nü bil­mək is­tə­mir­sən, ni­yə öz var­lı­ğın­dan, öz vü­cu­dun­dan, öz soy və nəs­lin­dən xə­bə­rin yox? Ni­yə sə­nə “Kim­sən?” de­dik­lə­ri vaxt hə­qi­qi ca­va­bın­da aciz qa­lır­san? Ni­yə sa­də­cə de­yə bil­mir­sən ki,mən tür­kəm. Ni­yə de­yə bil­mir­sən ki, şi­ə­lik­dən, sün­ni­lik­dən, ba­bı­lıq­dan əv­vəl sən türk idin. İndi də türk-sən və bun­dan son­ra da türk qa­la­caq­san?

Sə­nin bu tür­klü­yü­nə nə şi­ə­lik, nə ba­bı­lıq, nə də din­siz­lik ma­ne ola bil­məz.

Sən ey türk! Nə əqi­də­də, nə məs­lək­də olur­san ol, hə­mi­şə tür­ksən. Sən gə­rək bi­lə­sən ki, dün­ya­da hə­lə şiə, sün­ni, ba­bı, şey­xi ad­la­rı yox ikən sən var idin. İsla­miy­yət Ərə­bis­tan qum­luq­la­rın­da doğ­ma­dan əv­vəl be­lə sən Alta­yın ətək­lə­rin­də ət­ra­fın gö­zəl­li­yi­nə ta­ma­şa edib zövq alır­dın. Ora­da uzun seyr və sə­ya­hət­lə­rə ha­zır­la­nır­dın.

Ey özün­dən xə­bər­siz türk! Mə­də­niy­yət əs­rlə­ri, ni­zam, ida­rə və asa­yiş üsu­lu “ya­saq” qa­nun­la­rı hə­nüz Bağ­dad, Şam, Pa­ris və Lon­don­da yox ikən, sə­nin yur­dun­da var idi.

Sən öz dad­lı di­li­ni cı­ğı­rın­dan çı­xa­rıb bu­gün­kü acı­na­caq ha­la sa­lan ərəb əlif­ba və ya­zı­sın­dan əv­vəl sə­nin göy­çək əlif­ba və ya­zın var idi.

Ey özü­nü iti­rir, unu­dur də­rə­cə­də qo­naq­pər­vər­lik, öz­gə­lə­rə hör­mət gös­tə­rən türk, yax­şı ya­dı­na sal ki, sə­nin ru­hun, sə­nin dü­şün­cən, sə­nin var­lı­ğın hə­nüz sə­nin özün­də ikən sən bu­gün­kü ki­mi dil­siz, ya­zı­sız yə­ni mil­li ni­şa­nə­siz de­yil­din.

Ey sa­də ürək­li türk, dü­nən,bu gün öz var­lı­ğı­nı, öz mə­də­niy­yə­ti­ni gös­tə­rə bi­lib, in­di sə­nə “köh­nə bar­bar” gö­zü ilə ba­xıb bu­gün­kü mə­də­niy­yət­lə­rin haq­sız­lıq­la­rı­na ba­xıb in­cin­mə. Sə­ni la­zı­m i­lə ta­nı­ma­dıq­la­rı­nı bi­lib mə­yus ol­ma.

Yox, yox sən də çox in­saf­sız bu­lun­ma, öz-özü­nü hə­lə ta­nı­ma­dı­ğın bir vax­tda çox da öz­gələr­dən in­cin­mə!

Ümid ki, tez vaxt olur, yüz­də doq­qu­zu hə­lə yer alt­la­rın­da qa­lıb giz­lə­nən əs­ki mə­də­ni ni­şa­nə­lə­rin, əs­ki əsər­lə­rin ya­vaş-ya­vaş dün­ya üzü­nə çı­xar. Sən də ol vaxt ar­tıq­lı­ğı ilə üzə çı­xar­san, gə­lə­cək­də da­ha güc­lü ­ya­şa­maq is­te­da­dı­nı gös­tə­rər­sən.

Bəs­dir, bəs­dir, ey türk, bir az ayıl. Ayıl da ­bir çox toz-tor­paq­lar­la do­lan, ağır­la­şan di­ni əqi­də pər­də­si­ni göz­lə­ri­nin üs­tün­dən qal­dır. Əl-aya­ğı­nı bi­raz tər­pət. Vü­cu­du­nu,var­lıq ağa­cı­nı sa­ran, kor­la­yan ti­kan­la­rı,sar­ma­şıq­la­rı, yad ağac­la­rın yar­paq­la­rı­nı, dal­la­rı­nı qır, at, qur­tul. Vü­cu­du­na Alla­hın gü­nə­şi, ha­va­sı dəy­sin. Ba­şı­nı bir az yu­xa­rı qal­dır. Öz var­lı­ğı­nı, öz vü­cu­du­nun qiy­mə­ti­ni bil.İndi­yə qə­dər yad­lar üçün, öz­gə var­lıq­lar və vü­cud­lar üçün özü­nü hə­lak et­mi­sən, ba­rı bun­dan son­ra ayıl, bir özü­nə gəl, öz gü­nü­nə ça­lış.

Ey türk, za­ma­nı­mız öz­gə za­man­dır. Əgər bun­dan son­ra özü­mü­zü ta­nı­ma­yıb qa­lır­saq, qo­ru­ram ki, gec ayıl­dı­ğı­mız vaxt sa­ğa­lıb yi­git­cə ya­şa­ma­ya vü­cu­du­muz­da qüv­vət və tə­qət qal­ma­mış ola.

Ey türk, yax­şı bil ki, bu­gün­kü məh­şə­rin su­ri-is­ra­fi­li el­mə, mil­li it­ti­ha­da də­vət edi­yor! İndi­nin si­ya­si fəl­sə­fə­si tə­rəq­qi­yi mil­lət­çi­lik­də gö­rür. Za­ma­nın söv­kət və sa­xə­vət bi­na­sı mil­lət­çi­lik bü­növ­rə­si və tə­mə­li üs­tün­də qu­ru­lur. Əsrin ru­hu azad mil­lət­çi­lik­lə bəs­lə­nir, bö­yü­yür. Keç­miş əs­rlə­rin, keç­miş si­ya­si əqi­də­lə­rin cız­dı­ğı coğ­ra­fi­ya sər­həd­lə­ri­ni in­di­ki et­noq­ra­fi­ya ya­vaş-ya­vaş po­zur. Keç­miş əs­rlər­də da­şıb ət­ra­fa ya­yı­lan mil­lət sel­lə­ri ya­vaş-ya­vaş ki­çi­lib öz qay­na­ğı­na və ya çox­dan ya­taq elə­di­yi yer­lə­rə çə­ki­lir. Vax­ti­lə öz­gə­lə­rin sı­xış­dı­rıl­ma­sı ilə və ya ca­han­gir­lik də­li­li­yi ilə yer­lə­rin­dən fır­la­yıb alə­mi ra­hat­sız edən mil­lət ər­do­la­rı­na in­di: “Hər kəs öz mil­lə­ti ye­rin­də” ko­man­da­sı ve­ri­lir.

Bu gün eyi­dən-eyi­yə qa­nı­ram ki, di­ni əqi­də­dən son­ra in­san­da do­ğan dün­yə­vi əqi­də­lə­rin bi­rin­ci­si mil­lət­pər­vər­lik əqi­də­si­dir, ic­ti­ma­i fəl­sə­fə­nin baş, özü­nü ta­nı­maq fəl­sə­fə­si­dir, mil­lə­ti­ni bil­mək el­mi­dir.

Mil­lət­pə­rəs­tlik əqi­də­si öz­gə əqi­də­lə­rin mər­hə­lə­si, ke­çi­di­dir.Vax­ta ki, in­san ba­til və xu­ra­fat əsir­li­yin­dən qur­tu­lub özü­nü, özü­nün hü­qu­qu­nu bil­mə­yə baş­la­dı, on­dan mü­hit və eh­ti­ya­cın tə­si­ri­lə hər nə qay­da­ya gi­rər­sə gir­sin. Bu hal­da ki, möv­qe­yi­mi­zə, mü­hi­ti­mi­zə, el­mi­mi­zə, eh­ti­ya­cı­mı­za bi­zim ən bi­rin­ci əqi­də­miz isə azad mil­lət­pə­rəs­tlik əqi­də­si ol­ma­lı­dır.

İndi gə­lək əsil məq­sə­də .Ey şiə, ey ba­bı, sün­ni türk qar­daş­la­rım, di­ri­li­yi­mi­zin mil­li it­ti­had­da ol­du­ğu­nu bi­lən­dən son­ra da­ha rə­va gör­mə­mə­li­yiz ki, mil­lə­ti­miz küt­lə­si­ni mey­da­na gə­ti­rən aza­nın bir qis­mi Ana­do­lu­nun iz­siz, da­ğı­dıl­mış, qor­xunc bu­caq­la­rın­da yal­nız baş­la­rı­na ac, çıl­paq bu­ra­xı­lıb tə­ləf ola­lar.

Ey pak ürək­li türk, bu mil­lət­çi­lik za­ma­nın­da hər mil­lət öz nü­fu­zu­nu ar­tır­maq, o nü­fuz­la öz nü­fuz və qüd­rə­ti­ni bö­yüt­mək üçün yüz dür­lü təd­bir­lər, fə­da­kar­lıq­lar edər. İnsaf de­yil ki, biz ha­zır əli­miz­də olan min­lər­cə nü­fu­zu­mu­zun – həm də ən gənc və qə­vi bir qüv­və­tin – yar­dım­sız­lı­ğın­dan, bir loğ­ma əkmək bu­la­ma­maz­lıq­la­rın­dan tə­ləf ol­ma­la­rı­na özü­müz bi­lə-bi­lə sə­bəb ola­lım.

Ey uca mər­hə­mət­li türk, sə­nin köh­nə  mər­hə­mə­tin, eh­sa­nın, ni­şa­nə­lə­rin – o bö­yük ca­me­lər, məd­rə­sə­lər, kör­pü­lər, xəs­tə­xa­na­lar, çeş­mə­lər hə­lə sə­nin əc­da­dı­nı hör­mət­lə yad et­di­rir­lər. İndi sə­nə nə ol­du ki, mil­yon­lar­la vü­cu­da gə­lən əs­rlər­dən de­yil, ac­lıq­dan, çıl­paq­lıq­dan, “ölüm­dən be­tər” bir ha­la dü­şən  öz qar­da­şı­nı qur­tar­maq mər­hə­mə­tin­dən aciz gö­rü­nür­sən. Ya­zıq, ya­zıq!

Şəkidən xatirələr

Şəkidə olduğu kimi, kəndlərində də məlumatlı,bacarıqlı, gözüaçıq alverçilər az deyildi. Bunlardan biri də Zəynid kəndindəki Yusif əfəndi idi. Bu şəxsin nə əfəndiliyi vardı, nə də mollalığı. Bir az oxumuşdu və İstanbulu görməsinə görə əfəndi deyirlərdi.Yusif əfəndi on-on beş il qabaq İstanbula getmiş,orada öz səliqəsi ilə motorlu böyük bir qayıq yapdırıb ticarət edirmiş.Qayıdıb kəndə gələndən sonra özü və qohumları, hamı uşaqlarını Şəkiyə məktəbə göndərib oxutdurur, kəndliləri maarifə təşviq edirdi.

Bir gün həm kənd yaşayışını,həm də həmin Yusif əfəndini görmək üzrə müəllim Abdulla bəy Əfəndizadə ilə birlikdə Zəyzid kəndinə getməyi qurduq.Qəbiristan tərəfindən aşıb Zəyzidə gedən cığıra düşdük.Şəkinin yanı başında hündür,geniş bir yamacı zəbt edən qəbiristanın ortasına yetişdik.Burada əsgilərlə bəzənmiş bir ağac gözümə sataşdı.Yaxın gedib gördüm ki,ağacda boş yer qalmamış,cındırlarla örtülmüşdü.Yoldaşımdan bunun “Öskürək piri” olduğunu öyrəndim.Kölgəsində bir az oturub rahatlandıq.Buradan şəhərə baxa-baxa köhnə adətlərimizi düşünürdüm.Bu sırada Abdulla bəy papirosunu yandırıb çəkməyə başladı.Mən kibriti alıb əlimdə oynadırdım.Birdən dəli şeytan qulağıma: “Gəl bu cındırları odla,piri yandır,bunun köməyilə inananlar görsünlər ki, pirin özü özünə kömək edə bilməyir”.

Öz-özümə dedim: bu da mövhumat əleyhinə bir təbliğatdır.Lakin sonra duyulursa! – deyə düşündüm,qorxdum.Lakin məlun şeytan qorxmur,məndən əl çəkmirdi.

“Kim görəcək,vur,qorxma!”- deyə beynimi dəlirdi.Mən qəti surətdə rədd etdim.Ancaq könlüm əlimdəki kibrit ilə oynamq istəyir,arabir kibriti yandırıb cındırlara yaxın götürür,sonra tez söndürür,geri çəkilirdim.Qalxıb gedəcəyimizə yaxın sönmək üzrə ola kibriti cındırların üstünə atıb yola düşdüm.Qabağımızdakı döngəyə dönmək üzrə idik ki,pirin tüstülər içində qaldığını gördük.

Yoldaşım:

– Aman Faiq,nə qayırdın? Görsələr,dədəmizi yandırarlar.Aman,tez yüyür söndür! – deyə çağırdı.Söndürmək mümkünmü,mümkün də olsa görünmək ehtimalı var.Yaxşısı qaçıb qurtarmaqdır.

Görünmək qorxusundan dabana qüvvət verib Zəyzidə tərəf qaçmağa başladıq.Arabir arxaya baxıb tüstünün artdığını gördükcə biz də addımlarımızı artırdıq.Bu hal ilə özümüzüü yamacın o biri tərəfinə atdıq.Görünməkdən qurtardıq.Hər ikimiz də tər-qana batmışdıq.Bir az rahatlanmaq üçün yolun üstündəki çəmənliyə uzandıq.Yoldaşım tərini silə-silə:

– Xoşbəxtlik üz verə də,bəlkə bizi şəhərdən görmüş olmayalar,yoxsa şəhərə gedə bilmərik.Kişilər dursun,arvadların qarğışından,həcvindən qurtara bilmərik, – dedi.Daha kim orada dayanar.Tərə,yorğunluğu,azarlana biləcəyimizə baxmayaraq,irəli yüyürdük.Zəyzidə yaxınlaşdıq.Qonaq olacağımız ev kəndin hayanında olduğunu bilmirdik.Soruşub xəbər alacaq bir kimsəyə də rast gəlmirdik.Qabağımıza gələn tərəfə getməyə məcbur olduq.Bağların geniş həyətlərinin arasındakı yol ilə gedirdik.Xeyli getmişdik ki,yolun kənarındakı çəpərin arxasında yatan iri bir köpək gözümüzə sataşdı.Bunun səssiz yatdığına arxayınlanaraq yanından sükutla keçmək istədik.Bu zalım oğlu,yerindən durub hündürdən hürməyə,yoldaşlarını köməyə çağırmağa başladı.Biz,gələcək təhlükəni düşünərək tezcə çəpərdən uzun tikanlar çıxardıq,yerdən daş topladıq,dalımızı divara söykəyib,vuruşmağa hazırlandıq.Bu sırada yoldaşım gülərək:

– Gördün,Faiq! Pir bizi nə tez tutdu.Ona sataşmağın bizim başımıza hələ nələr gətirəcəkdi.Pirin qəzəbindən qurtul görək!

Yoldaşımın falçılığını dinləməyə vaxt yox idi.İlk hücumçular yaxınlaşdılar.Yoldaşım müdafiədən hücuma keçməyi,hamısı yığışıncaya qədər gələnləri birər-birər daşlayıb qorxutmağı məsləhət gördü və elə də elədik.

Biz daşları topladıqca onlar daha artıq qızışdılar,daha şiddətli hücuma keçdilər.Paçamdan tutmağa çalışan bir köpəyin ağzına əlimdəki tikəni verdim.O dəqiqə dartınıb əlimdən aldı.Bu sırada yoldaşım dadıma çatmasaydı,köpək pirin heyfini məndən çıxacaqdı.İstədim çəpərdən bir tikan daha çıxaram,lakin bizi elə sardılar ki,bir addım belə tərpənməyə mümkünümüz olmadı.Əgər divara arxa verib bir-birimizə kömək etməsəydik,kəndlilər vaxtında çatmasaydılar bizi çoxdan yerə sərmişdilər.Doğrusu,böyük fəlakətdən qurtulduq,lakin bizimki də bizə oldu.Qonaq yerinə çatıb soluğumuzu geniş dərməyə başladıq.Uzun bir zaman rahatlanandan sonra özümüzə gəldik.Lakin qayğımız bununla qurtarmadı.Böyüyü geridə idi: ertəsi günü şəhərə gedib dərsə çatmalı idik.Lakin mümkünmü?Piri,bizim yandırdığımız duyulmuşsa! Buna görə,özümüzü yalandan xəstəliyə vurduq.Qonaq yiyəsi Yusif əfəndinin oğlu Vahabı sükutca şəhərə göndərdik ki,həm bizim naxoşluğumuzu məktəbə xəbər versin,həm də duysun görək şəhərdə təzə nə xəbər var.

Axşamüstü Vahab qayıdıb,bizdən nigaran olduqlarını anlatdı və şəhərdə olan təzə danışıqlardan xəbər verdi:

– “Öskürək piri”nin bir yanı azca yanmış, səhərdən ziyarətə gedənlər uzaqdan görüb tezcə yüyürmüş, söndürmüşlər. Söndürənlər deyirlər ki, oradakı sönməmiş bir şamdan od tutmuş, öz-özünə yanmış.Çünki onlar o yaxınlarda heç kəsi görməmişlər.

Bununla bərabər şəhərə ancaq iki-üç gün sonra gedə bildik.Qulağımız həmişə pirə aid dedi-qodularda idi.

– Bəlkə şiələr paxıllıqlarından yandırdılar… Bəlkə pir murdar adamların nəzirini qəbul etmədi, onları özü yandırdı.

Aha,demə bizi kimsə görməmiş.Buna minlərcə şükürlər etdik.Yoxsa Şəkidə bir gün də qalmaq olmazdı.

Pirə gedənlərin çoxu biçarə qadınlar idi.Bunlar oraya azarlılarını tədavi ümidilə və ya azara bəhanə edib ev dustağından qurtulmaq,bir az geniş soluq alıb ətrafa tamaşa etmək, rahatlanmaq üçün gedirlərdi.

Axalsıxdan xatirələr

Cənab mühərrir!

Camaatımız çox rahatdır. Nə yeni məktəbimiz var, nə də əski!

Camaatımız mərhəmətlidir. Sənət məktəbinin bir xeyli xərcini çəkib erməni, yəhudi və gürcü ətfalını məccani oxutdurur.

Camaatımız qənaətlidir. Öküz və eşşək işlərindən qeyrilərə baxmazlar. Bu səbəblə uyezdlərimizdə bir müsəlman dəmirçisi, yemənçisi bulunmaz. Amma kiçik bir köydə, məsələn, Azqurda müsəlmanların parası ilə keçinən beş böyük meyxana, altı qəhvəxana vardır. Bu hesabca qırx min cana bir üsul-cədid məktəbi düşdüyü halda, iyirmi evə bir meyxana ilə iki qəhvəxana isabət edir. Maarifimiz də o dərəcədədir ki, dörd saatlıq yol olan Qori darülmüəllimində bizdən ancaq bir müsəlman var.

Camaata rəhbər olacaq dövlətlilərimiz, bəylərimiz az deyil. Heyf ki, maarifə, millətə olan hümmətləri pək azdır. Bu səbəbdən camelərimiz viran, məktəblərimiz pərişan, halımız yamandır.

 

Ö.Nemanzadə.

“Tərcüman” qəzeti, 7 yanvar 1900, № 1

Ömər Faiq Nemanzadə və azərbaycançılıq ideyası

Ömər Faiq Nemanzadə azərbaycançılıq ideyalarının təbliğində xidməti olan alovlu publisist və vətənpərvər ziyalı olmuşdur. Ömər Faiq Nemanzadənin tədqiqatlarından biri professor Şamil Qurbanovun fikrincə, Azərbaycan milli mətbuatının iikişafında milli xidmətləri olan ziyalılardai biri Ömər Faiq Nemanzadədir. Bizim mübarizə tariximizdə. xalqımızın ictimai və milli şüurunun oyanması və formalaşmasında onun xüsusi yeri vardır. XX əsrin ilk günlərindən başlayaraq, Azərbaycan xalqının milli dirçəlişi, azadlığı və xoşbəxtliyi uğrunda cəsarətlə mübarizə aparanlardan biri də o idi.
Dərin biliyə, elmi dünyagörüşə, bütöv xarakterə malik olan Ö.F.Nemanzadə vətəni və xalqı üçün döyünən hərarətli bir qəlb sahibi idi. O, xalqın xəşbəxtliyi üçün heç vaxt öz qüvvə və bacarığını əsirgəməmişdi. Buna görə  də, dövrün demokratik ziyalıları arasında böyük hörmət və nüfuz qazanmış Faiq əfəndinin adı uzun müddət dillərdən düşməmiş, hörmət və məhəbbətlə çəkilmişdir. Yalnız onu qeyd etmək kifayətdir ki, Ömər Faiq “mollanəsrəddinçilər” adı ilə məşhur olan fikir cərəyanının ideya rəhbəri Cəlil Məmmədquluzadənin məslək yoldaşı, əvəzsiz köməkçisi və ən sədaqətli cəbhədaşı olmuşdur.
Xalq şairi Bəxtiyar Vahabzadə “Yanan ürək” məqaləsində onun əsərlərini yüksək qiymətləndirmiş, milli ideyalar carçısı hesab etmişdir: “Sətirlər arasında vətən və xalq üçün, onun taleyi üçün alışıb-yanan bir ürək gördüm. Bu ürək Mirzə Cəlillərin, Sabirlərin, Hadilərin, ürəyi ilə    bir    vurur”.
Hörmətli şairimizin fikrincə, Ömər Faiq “öz vətən sevgisindən doğulmuş bir mücahiddir, bir qəhrəmandır. Buna görə də bu sevgi onu zəmanəsinin fövqünə qaldırmış, o, ucaldığı məhəbbət zirvəsindən mühitinə baxıb hər şeyi boyasız, olduğu kimi görmüş, onun öz ölçüsünə gəlməyən eybəcərlikləri inkar etmiş, özəllik naminə qələm çalmışdır.
 Ömər Faiq o zaman cavan, enerjili, işıqlı ideyalara malik, formalaşmış ziyalı idi. Lakin onu da hiss edirdi ki, dini zehniyyəti, inkişafa mane olan adət-ənənələri birdən-birə aradan qaldırmaq mümkün deyil. Özü sonralar “Xatirələr”də yazırdı: “Keçmiş həyatın, adətin doğurduğu üsul və həyatı yıxıb təzə yollara keçmək üçün uzun-uzadı ictimai, inqilabi və elmi hazırlıq lazımdır. Bunsuz bu hazırlıqsız yeni bir maarif və mədəniyyət işi görmək və görülən işlə müvəffəqiyyət qazanmaq çətindir.”
Ömər Faiq Nemanzadə 1917-ci ildə “Qardaş köməyi” məcmuəsində nəşr etdirdiyi “Mən kiməm” məqaləsində yazırdı: “ Zəmanəmizdə, yəni din və əbədiyyətdən, cins və millətlərin hökm sürdüyü böylə bir çağda insan öz soy və millətini tanımamaq, daha doğrusu, özünü bilməmək ən böyük günahlardan, silinməz ləkələrdən biridir. Lakin bu ləkə tezliklə gedən ləkəyə də bənzəmir. Bu ləkə yaman ləkədir. Bu, ləkə surətində öylə yılancıq (qanqrena) yarasıdır ki, millətimiz vücudunu, türklük varlığını yavaş-yavaş gəmirir, yox edir.
Bu gün həm də kiçik millətlərin, xüsusilə, məhkum millətlərin öz varlıqlarını, öz hüquqlarını saxlamaq iddiası ilə bu qədər qan tökülən bir vaxtda bizim özümüzü tanımamazlıq bəlası,   dərin düşünülərsə, qara yaradan da, taun çibanından da daha acılı və daha zərərlidir. Hər kəs öz millətini   tanıyıb onun yolunda ağladığı, onun uğrunda gözünü kor etdiyi böylə bir həngamədə biz öz millətimizi sevmək deyil, onun hətta quru adını da bilməyib, ortada şaşıb qalmışız.
Çoxdan çürümüş əqidələr, təriqələr tiryəkisinin beynimizə verdiyi sərsəmliklə hərlənib dururuz.”
Qonşu xalqların adlarının və milli ideyalarının müqayisə edərək, azərbaycanlıların daha çox dini məzhəblərə uyğun adlandırılmasına təəssüflənən Ömər Faiq daha sonra yazırdı: “Ey türk, zamanımız özgə zamandır. Əgər bundan sonra özümüzü tanımayıb qalırsaq, qorxuram ki, gec ayıldığımız vaxt sağalıb sakitcə  yaşamaya vücudumuzda qüvvət və taqət qalmamış ola. Ey türk, keçmişlərindən ibrət al, hələ vücudun sağlam ikən, yaşamağa istedadın var ikən, fürsət əldə ikən əsil vücudunu tanı, qədrini anla.
Ey türk, yaxşı bil ki, bugünkü məhşərin suri-İsrafili elmə, milli ittihada dəvət ediyor! İndinin siyasi-fəlsəfi tərəqqiyi millətçilikdə görüyor. Zamanın şövkət və sətavət binası millətçilik bünövrəsi və təməli üstündə quruluyor.
Əsrin ruhu azad millətçiliklə bəsləniyor, böyüyor. Keçmiş əsrlərin, keçmiş siyasi əqidələrin  cızdığı çoğrafiya sərhədlərini indiki etnoqrafiya yavaş-yavaş pozuyor.”
 Ömər Faiq dini etiqadla yanaşı, millətvərpərlik əqidəsini yüksək dəyərləndirirdi: “Bu gün eyidən-eyiyə qanıram ki, dini əqidədən sonra  insanda doğan dünyəvi əqidələrin  birincisi  millətpərvərlik   əqidəsidir,   ictimai   fəlsəfənin baş, özünü tanımaq fəlsəfəsidir,  millətini  bilmək elmidir.
Millətpərəstlik əqidəsi özgə əqidələrin mərhələsi, keçididir.  Vaxta ki, insan batil və xurafat əsirliyindən qurtulub özünü, özünün hüququnu bilməyə başladı, ondan sonra mühit və ehtiyacın təsirilə hər nə qaydaya girərsə girsin.
Bu halda ki, mövqeyimizə, mühitimizə, elmimizə ehtiyacımıza bizim ən birinci əqidəmiz isə azad millətpərəstlik əqidəsi olmalıdır.”
Başqa bir məqaləsində -1919-cu ildə “Azərbaycan” qəzetində çıxan “Milliləşmək” məqaləsində də Ömər Faiq azərbaycançılığın əsas atributları olan milli dil və ədəbiyyata yüksək dəyər verirdi: “Canlı işlər, tarixi dəyişikliklər bizə göstərir kn, hər cəmiyyət, hər fərd, hər dürlü ənənəsindən, müqəddəsatından, imkan və etiqadından az-çox əl çəkdiyi halda, milli dilindən əsla və əsla vaz keçməmişlir. Və heç vaxtda keçəməz. Çünki bir millətin ədəbiyyata   malik dili  o millətin  ruhu,  nişaneyi-mövcudatıdır. Ondan məhrum olduğu gün mərhum olmuş, ondan uzaqlaşdığı gün   qəbrinə yaxlaşmış  deməkdir.
Tarix bizə göstərir ki, bir, millətin cahangirliyi, hökuməti, hətta yeri-yurdu da əlinidən alınsın, madam ki, milli ədbiyyatı var, o millət məhv edilməz. Dili kəsilməyən millətin vücudu kəsilməz, ədəbiyyatı yaşayan millət heç vaxt ölməz.
Dünyada bədbəxt o millətdir ki, özgə millətin silahından ziyada dil və ədəbiyyatına əsir olaraq yaşamaqdadır. Hələ, zəmanəmizdə milli ədəbiyyatına malik olmayan bir millətə hədd-rüşkə çatmamış bir bala nəzərilə baxıb cəmiyyətə-əqvam ailəsinə qəbul edilməməsi, öz  müqəddəratının  özünə verilmək  istənilməsi bizim kimi öz dil və ədəbiyyatını sevməyənlər üçün nə gözəl bir dərsi-ibarətdir.
Ömər Faiq milli dili, milliliyi azadlıq və istiqlaliyyətlə əlaqələndirirdi: “Milli ədəbiyyatın silahdan min kərə güclü, əhəmiyyətli olduğunu bu gün hər dürlü qail və keşməkeşlər içərisində ola-ola ən ziyadə qeyrət və səylərini milli ədəbiyyatın tərəqqisinə, ülumun nəşrinə sərf edirlər. Çünki yaxşı bilirlər ki, xalq hürriyyət və müsavatın qədrini, ləzzətini ancaq və ancaq öz milli dilləri ilə anlaya bilərlər. Və yeni ancaq bu anlayışla hürriyyət və istiqlalın mühafizəsi uğrunda fədayi-can edə bilərlər”.
Azərbaycan dilinin də daxil olduğu türk dilinin bütün Yaxın Şərqdə geniş nüfuz qazandığını göstərən Ömər Faiq yazırdı: “Fransız dili Qərbdə nə isə, yaxın Şərqdə də türk dili odur. Qərbdə fransız dili nə cür ümumi dil xidmətini görürsə, Yaxın Şərqdə, yəni Qafqaziyada, İranın yarısında, Türkistanda, Rusiyanın cənubi-qərbində, Krımda, Anadoluda, Rum elində, Suriyada, İraqda türk dili öyləcə ümumi dil vəzifəsini görür. Oralarda bir türk bir arnavuza, bir ərəb bir kürdə, bir iranlı bir gürcüyə, bir erməni bir ruma, bir yəhudi bir asura məram anladacağı zaman mütləq türkcə söyləməyə məcburdur. Çünki onların heç biri o birinin dilini bilməz, lakin hər kəs az-çox türkcə bilir.
Türk dili oralarda bütün dillərə hakimdir. Türkcənin bu hakimiyyəti qarşısına indiyə qədər heç bir dil çıxmamışdır. Hərçənd, bir vaxt ərəb və fars yazılarına osmanlıların az bir qisminə, onların rəsmi yazılarına hakim olmuşdur. Lakin heç vaxt ümumi xalqa, xalq ədəbiyyatına hakim olmamış və ola bilməz də.
Türk dilinin Yaxın Şərqdəki  hakimiyyətinə şahidlər axtarmaq lazım deyil, onunla danışan 60-70 milyonluq böyük bir kütlənin şahidliyindən daha möhkəm nə ola bilər?”
Türk dilinin, o cümlədən, Azərbaycan dilinin əski Əmerbadan xilas olmasını bu vətənpərvər ziyalı əsil inqilab hesab edirdi: “Türkcənin yazı və mətbuat aləmindəki zəifliyinə gəlincə, bundan qüsur, bəzilərinin sandığı kimi, türkcənin özündə, onun əskik və qabalığında deyil, başına bəla etdiyi əlifbasındadır. Doğrudan da, türkcəmizə danışıq və ahəngini olduğu kimi göstərməyə, yazmağa əsla yaramayan ərəb əlifbasını qəbul edəndən sonra öz varlığını, öz istiqbalını itirmiş və bu günə qədər ərəbliyə əsir olaraq həqiranə ömr sürmüşdür.
Vaxtdır ki, həqiqi, ictimai bir inqilab ilə dilimizi bugünkü yaramaz və çirkin əlifba əsirliyindən qurtarıb öz təbiətinə, öz istiqlalına uyğun bir əlifba qəbul edəlim. Və bunun sayəsində dilimizə danışıqda qazandığı ümumilik şərəfini mətbuatda da qazandıralım. Və bu yol ilə xala savad öyrədəlim, onlara qolayca bilgi və maarif qapılarını açalım.
Hamıya ümumi təlim verəlim, elmin ləzzətini datdıralım. Və ancaq bundan sonra camaatdan hürriyyət, ədalət və müsavat qanunlarına tamamilə riayəti, istiqlal yolunda, xalqçılıq uğrunda can verməyi istəyəlim.”
Azərbaycan Xalq Cumhüriyyətini xalqçı hökumət kimi səciyyələndirən ideyanın azərbaycançılığın əvəzsiz rol oynadığını yaxşı dərk edirdi: “Qurduğumuz xalqçı cümhüriyyətdə hər zaman qabaq xalqın murad və mənfəətini nəzərə almaq lazım gəlir. Cumhüriyyətimizin bünövreyi-əsasını meydana gətirən qara xalqın üzünü ağartmaq, üstlərindən cəhalət qaranlığını qaldırmaq, məişət ağırlığını atmaq xalqçılığın şah əsri, yeganə vəzifə olur. Xalqçılar bu vəzifə və şah əsərini isə ancaq milli ədəbiyyat vasitəsi ilə vücuda gətirə bilərlər.
Milli ədəbiyyat xalqçıların əlində parlaq bir məşəldir. Ancaq bu məşəl ilə xalq hürriyyətin mənasını düşünər, bərabərliyin imkanını qanar, ədalətin doğruluğunu görər, istiqlalın qədər və  qiymətini bilər.
Şu qədər ki, milli ədəbiyyatın parlaq bir məşəl halını alması, ondan layiqilə istifadə etmək üçün o millət, o xalq tərəfindən sevilməsi, ona qiymət verilməsi, ona hörmət edilməsi şərtidir. Xüsusilə, buna xalqdan artıq xalqçılar, xalq idarəsi, başında əyləşən ağalar riyaət etməlidirlər.”
Məqaləni Şamil Qurbanovun Ömər Faiq haqqında dediyi sözlərlə bitirmək istəyirəm: “Azərbaycan ictimai fikrinin inkişafında, milli mədəniyyətimizin tərəqqisində, yeni ideyaların möhkəmlənməsində mühüm rol oynamış görkəmli şəxsiyyət.”
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru

Ömər Faiq Nemanzadənin publisistikasında milli dil problemi

X əsr Azərbaycan publisistikasının inkişafında böyük xidmətləri olan şəxslərdən biri də görkəmli jurnalist, molla nəsrəddinçilərin ideya rəhbərlərindən biri, C.Məmmədquluzadənin yaxın dostu və məsləkdaşı Ömər Faiq Nemanzadədir. O, fəal bir ziyalı kimi ölkədə baş verən ictimai-siyasi və mədəni hadisələrin fəal iştirakçısı olmuş, xalqın maariflənməsi və azadlığı uğrunda yorulmadan mübarizə aparmışdır. Cəmiyyətdə gördüyü nadanlığı, savadsızlığı və ədalətsizlikləri qələmə alaraq müxtəlif ədəbi məcmuələrdə dərc etdirirdi. 1905-ci ildə isə Ö.F.Nemanzadə Tiflisdə «Qeyrət» mətbəəsi açmağa nail olur. Adından göründüyü kimi, müəllif əqidəli, Vətən, millət təəssübü çəkən yurddaşlarını milli dirçəliş və milli birlik uğrunda qeyrət göstərməyə çağırırdı.

Ömər Faiq Nemanzadə cəsarətli bir publisist kimi 1906-cı ildən 1917-ci ilə qədər «Molla Nəsrəddin» jurnalının məsul katibi olmuşdur. Professor Əziz Mirəhmədov Ömər Faiqin bu ədəbi məcmuələrdəki fəaliyyətini qiymətləndirərək yazırdı: «…Gördüyü işin böyük əhəmiyyətini dərindən dərk etdiyi üçün Faiq bütün varlığını, bacarıq və qüvvəsini bu işə verirdi. İstər «Qeyrət»in, istərsə «Molla Nəsrəddin»in fəaliyyəti dövründə o, dostu (C.Məmmədquluzadə- O.H) ilə əl-ələ verib irticanın hücumlarını dəf etmiş, lazım gəldikdə hətta qaragüruhçularla açıq mübahisə və mübarizəyə də qoşulmuşdu. Faiq dostundan çevikliyi, yorulmazlığı tez ünsiyyət bağlamaq xüsusiyyəti ilə də seçilirdi.»

Başqa mollanəsrəddinçilər kimi Ömər Faiq də təhqirlərə, təqiblərə, təhdidlərə və həbs olunmasına baxmayaraq, öz kəsərli qələmi ilə ictimai həyatda və xalqın maariflənməsində inamla mübarizə aparmışdır. Ö.F.Nemanzadənin ədəbi yaradıcılığı geniş və çoxşaxəlidir: burada mətbəəçilik və redaktorluqdan tutmuş, müxtəlif ədəbi dərgilərdə şeir, hekayə, məqalə, felyeton və s. janrlarda yazıb yaratması və maarifçilik sahəsində apardığı işlər daxildir. Onun yazıları «Şərqi-Rus», «Tərcüman», «Molla Nəsrəddin», «İrşad», «Həyat», «Açıq söz», «Sərvəti-fünun» və s. ədəbi məcmuələrdə çap olunurdu. Bu məqalə və felyetonları o, 40-dan çox, o cümlədən «Heyrani», «Məşrutəçi», «Lağlağı», «Ümidvar», Ümid» imzaları ilə çap etdirmişdir. Həyatda rastlaşdığı bütün çətinliklərə baxmayaraq bu vətənpərvər jurnalist xalqın xoşbəxt gələcəyinə ümidlə baxırdı. Xalq yazıçısı Elçin bu münasibətlə yazmışdır: «…Lakin ümidvar ümidini itirmirdi və ən əsası isə, onun özünün qələminin fəaliyyəti bir ümid yaradırdı. Çünki bu qələm, yuxarıda yazdığımız kimi, yatmışları oyadırdı, xalqı xalqın özünə tanıdırdı — Ümidvarın qələmi ümid saçırdı.»

Dövrün qabaqcıl ziyalısı kimi o, öz xalqını dünyanın ən mədəni xalqları səviyyəsində görmək arzusu ilə yaşayır və nicat yolunu elmdə, təhsildə, xalqın maariflənməsində görürdü. Başqa millətlərin irəli getdiyi halda, o, «müsəlmanlarda bir tərpəniş» görmür, daxili bir təəssüf və narahatlıq hissi keçirərək yazırdı: «…Qiyamətə qədərmi kor gəlib, kor gedəcəyiz? Qafil doğub, qafil öləcəyiz? Boynumuzdakı bu ağır cəhalət zəncirlərini, qəflət yüklərini məhşərə qədərmi sürükləyib götürəcəyiz?»

Ömər Faiq zəmanəsinin bütün insanlarını — şeyxülislamları, müftiləri, qazıları, mollaları, axundları, müəllimləri, qulluqçuları «geri qalan camaatın dərdinə qalmağa», öz mənəvi suverenliyi uğrunda mübarizəyə çağırırdı. Özgə millətlər, dünya gündən-günə dəyişib inkişaf etdiyi halda mübariz publisist özünəməxsus daxili bir yanğı ilə yazırdı: «Əsil islamiyyətdən, zəmanənin təqazasından bixəbər yatırıq, halbuki, zaman dəyişir, dünya dəyişir, hər zərrə dəyişir… İnsaf və mürvətmidir ki, bizlər hər şeydən də dişarı olaq? Dəyişməli, biz də mütləq dünyəvi əməllərimizi, göz görə təhlükələrə, səfalətlərə sürükləyən köhnə adətlərimizi, cahilanə fikirlərimizi, əməllərimizi dəyişməliyik. Və illa özgələr bizləri bütün özgə yolda dəyişdirib yox edərlər».

Maarif və mədəniyyəti inkişaf etdirməyin ən birinci şərtini o, kitab və qəzetlərdə — mətbuatda görürdü. Onun fikrincə «hər millətin mədəniyyət və qüvvəti mətbəələrin sayı ilə mütənasibdir». Xalq şairi Bəxtiyar Vahabzadə Ömər Faiqin yaradıcılığına həsr etdiyi məqaləsində yazırdı: «Onun (Ömər Faiqin — O.H.) qələmi zəmanəsinin ən ciddi, ən zəruri ictimai problemlərinə toxunmuş, xalqının səadəti, tərəqqisi üçün elm, təhsil, məktəb, maarif, dil saflığı, əlifba, fəhlələr üçün həmkarlar təşkilatının zəruriliyi, tətil azadlığı, milli gəlir və sairə kimi ən vacib məsələlərdən yazmışdır».

«Ay mənim sevgili məzlum millətim, vaxtdır oyanaq, vaxtdır iş görək»-deyən müəllif öz həmvətənlərini mənfəətxorlara, dinini, millətini «iki qəpiklik xeyrə satanlara boyun əyməməyə», «dəhşətli vaqiələrdən» ayıltmağa səsləyirdi. Ömər Faiq Nemanzadə bütün publisistik yazılarında xalqla xalqın öz dilində danışırdı. Xalqa olan inamın nəticəsidir ki, o, «Dəvət və təvəqqe» məqaləsində yazırdı: «Xülasə, bizim hər cür ümidimiz camaatın oyanmasında, camaatın öz xeyir-şərini özləri tanımasındadır».

Ö.F.Nemanzadənin publisistik yaradıcılığında dil məsələlərinə həsr etdiyi məqalələri xüsusi yer tutur. O, mübariz bir mətbuat işçisi, vətənpərvər ziyalı kimi daim Azərbaycan dilinin təmizliyi keşiyində dayanmış və bu sahəyə aid bir sıra məqalələr yazıb çap etdirmişdir. Ömər Faiqə görə milləti sevməyin birinci əlaməti onun dilini sevməkdir. Professor Şamil Qurbanov yazırdı ki, «milli dil problemi onun yaradıcılığında başlıca yer tuturdu. Bu da təsadüfi deyildi. Çünki XX əsrin Azərbaycan ziyalılarının əsas mübarizə hədəflərindən biri də milli dilə xor baxan, ona biganə olanlar idi. Ana dilinə olan məhəbbətin ifadəsidir ki, Ömər Faiq yazırdı: «Dil yoxluğu millət yoxluğudur», «Mən inanmıram ki, dilini sevməyən xalqını sevsin», «Məhəbbətlərimizin ən üst qatına dil məhəbbətini çıxarmalıyıq» və s.. «Yazımız, dilimiz», «İkinci il»imiz adlı məqaləsində müəllif dilimizin ahəng qanununu inkar edib, onu ərəb-fars qəlibinə salmaq istəyənlərə tutarlı cavab verirdi. Dilimizdə əsl öz sözlərimiz olduğu halda alınma sözlərin işlədilməsinə öz etirazını bildirirdi: «…Biz deyirik: çox heyflər olsun ki, dilimizin yarısını ərəb və fars sözləri ilə doldurub bizi dilsiz və bədbəxt etmişlər. Elm və mərifətin camaat arasında yayılmağına böyük əngəl olmuşlar. Dilimizi genişləndirərkən, qaşımızı qayırarkən gözümüzü çıxarmışlar».

«Eşqvəməhəbbət» məqaləsindəÖmərFaiqqeydedirki, dilimizdünyadakıasanvəgözəldillərdənbiridir. O, anadilimizəhəqarətləbaxanlarıvəbudildədanışmağışəninəkəsirbilənlərikəskintənqidedərəkyazırdı: «Bizimbəziağalardilimizinçətinliyinibəhanəedibevdəarvad-uşaqilədəözgədildədanışmaqxəyalındabulunurlar. Tiflisdəbeşziyalıbirarayagələndəgörməzsinizki, özdiliilədanışsın. Buranınqonaqlarında, yığıncaqlarındamillidil, milliadət, millisüfrə, millisadəlikbulmazsız.Hələxanımlardeyəsənki, millidilədüşməndirlər.Bunlarınadlarıözgə, dilləriözgə, adətləriözgə, diləkləriözgə, tərbiyələriözgə, gələcəkləriözgə, məhəbbətləriözgə! Bilmirəmbunlarınmillilikdənpaylarınədir?Bilmirəmbugedişləharagedirik?»

 

 

 Oktay

 

Xalq Cəbhəsi.- 2013.- 31 yanvar.- S.14.

1905-1906-cı il Tiflis hadisələri Ömər Faiq Nemanzadənin gözü ilə

Ədibin “Qafqazdan İstanbula xatirələr” əsəri azərbaycanlıların soyqırımının tarixçəsi kimi səslənir

 XIX əsrin sonu—XX əsrin əvvəllərində yaşayıb-yaratmış Azərbaycanın görkəmli ədibi, ictimai-siyasi xadim Ömər Faiq Nemanzadə həmin dövr Qafqazın, o cümlədən, Osmanlı imperiyasının ictimai-siyasi həyatında baş vermiş bir sıra mühüm hadisələri özünün “Qafqazdan İstanbula xatirələr” adlı əsərində ətraflı şəkildə təsvir etmişdir.Müəllif ilk dəfə olaraq əsərdə 1905-1907-ci illər Tiflisdə baş vermiş erməni-müsəlman (Azərbaycan türkləri nəzərdə tutulur-T.C.) qarşıdurmasının baş vermə səbəblərini və gedişatını təfərrüatı ilə işıqlandırmağa cəhd göstərmişdir. Məhz bu baxımdan əsər bəhs olunan hadisələrin geniş şəkildə təhlili, təbliği və öyrənilməsi baxımından olduqca dəyərli mənbə hesab olunmaqdadır.

 

Müəllif əsərdə XX əsrin əvvəllərində Cənubi Qafqazda çar Rusiyasının birbaşa dəstəyi ilə həyata keçirilən etnik təmizləmə siyasətinin baş vermə səbəblərini, həmçinin hadisələrin xronikasını ardıcıllıqla verməyə çalışmışdır. Əsərdə baş verən hadisələr həmin dövrdə Cənubi Qafqazın mədəni mərkəzi sayılan Tiflis şəhərində cərəyan etmişdir. Məqalədə 1905-1906- cı illər Tiflisdə erməni millətçi ekstremistlərinin azərbaycanlı əhaliyə qarşı kütləvi silahlı çıxışları və həmin hadisələrin acı nəticələrindən bəhs edilir. İlk öncə müəllif əsərin giriş hissəsində bəhs olunan dövrdə Tiflis şəhərinin ictimai-siyasi həyatında baş vermiş bir sıra mühüm hadisələri təhlil edərək yazır: “Əsrin əvvəlində Gürcüstanın mərkəzi Tiflis şəhərini ardı-arası kəsilməyən mitinqlər bürümüşdü. Mitinqlərin keçirilməsində sadə xalq kütlələrinin əsas istəyi Gürcüstanda yaşayan etnik azlıqların dinc yanaşı yaşama hüququnun bir qrup hökumət məmurları tərəfindən kobud şəkildə pozulduğunu çar hökumətinin diqqətinə çatdırmaq idi”. Müəllifin Tiflisdə yaşayan etnik dinc yanaşı yaşam tərzinin hökm sürdüyünü və ara-sıra “anlaşılmaz” halların çar hökuməti tərəfindən bilərəkdən qızışdırıldığını dönə-dönə vurğulaması bizlərə əsas verir ki, məlumatlara birmənalı şəkildə deyil, əslində bir qədər ehtiyatlı və tənqidi mövqedən yanaşaq. Çünki, müəllif baş verən hadisələrin bütün günahlarını çar hökumətinin üzərinə atmaqla əslində Tiflis şəhərində etnik azlıqlar arasında baş verməkdə olan bu kimi qarşıdurmaların arasında nələrin və kimlərin gizlədildiyinin üzərindən sükutla keçir. Bir qədər də təhlilə yol versək görərik ki, əslində əsrin əvvəllərində baş verən hadisələrin kökündə dini birlikdən milli birliyə çağırış şüarları dayanırdı. Bu sahədə daha çox maarifçilərin rolunu qeyd etmək lazımdır. Əhalini milli birliyə səsləyən bu qüvvələr dərk edirdilər ki, yaxın gələcəkdə çar Rusiyasının müstəmləkəçilik buxovlarından qurtulmağın yeganə yolu xalqın milli birliyindədir. Məhz bu yolla gedildiyi halda azadlığa, hürriyyətə nail olmaq olardı. Bunu çar çinovnikləri çox gözəl bildiklərindən və xalqın milli birliyini məhv etmək üçün xalqları bir-birinə qarşı qoymaqla bu planların qarşısından xətt çəkmiş olurdular. Məsələyə digər tərəfdən yanaşdıqda burada erməni millətçi ekstremistlərinin azərbaycanlılara qarşı planlı şəkildə apardıqları təxribatçı siyasətin şahidi oluruq. Bu işdə Gürcüstandakı erməni diasporasının anti-türk fəaliyyətini xüsusilə qeyd etmək lazımdır. Çox təəssüflər olsun ki, daima türklüyə, türk millətinə qarşı nifrət hisslərini gizlətməyən, terrorun, etnik-milli təmizləmə siyasətinin əsas hərəkətverici qüvvəsinə çevrilmiş erməni diasporunun apardığı bu mənfur, çirkin siyasət tarixçilərin diqqətindən yayınmış, demək olar ki, bu məsələ təfərrüatı ilə öyrənilməmişdir. Məhz bu baxımdan Ö.F. Nemanzadənin həmin əsəri bəhs etdiyimiz məsələlərin bu və ya digər şəkildə tədqiqi və öyrənilməsi baxımından olduqca dəyərlidir.

XX əsrin əvvəllərində vüsət alan Azərbaycan türklərinin milli oyanış hərəkatında əsas ideya müəlliflərindən olmaqla millətin görən gözünün, düşünən beyninin yad ünsürlərin zəhərlənmiş fikirləri ilə doldurulmasından ehtiyatlanaraq bu istiqamətdə yorulmadan fəaliyyət göstərən, xalqı uçuruma aparanlara qarşı nifrət hissi ilə alışıb-yanan Ö.F.Nemanzadə 1906-cı ildə yazmış olduğu məqalələrinin birində bu olaylar zamanı aldadıldığını təəssüf hissi ilə etiraf edirdi: “Yadımıza belə gətirməzdik ki, ermənilər çox-çox əvvəllər hazırladıqları hədsiz-hesabsız bombaların hamısını bizim başımızda partladacaqmış… Bu söylədiyimiz səbəbilə cümləmiz yenə ermənilərlə qədim sayaq üzrə sülhanə rəftar edib rahat və arxayın olmağı vəd və bəyan edirdik və bu sürətlə millətimizin gözünü bağlayıb uçuruma sarı hazırlayırdıq. İndi lazımdır ki, bunlardan ibrət alıb gələcəkdə aldanmamağa çalışaq”. Sözsüz, burada əlavə şərhə, eləcə də izahata ehtiyac yoxdur. Tarixin ibrət dərslərindən vaxtında bəhrələnməməyimiz, hər xırda məsələyə belə barmaqarası baxmağımız bizləri bu cür dəhşətli fəlakətlərə sövq etmişdir. Bu bir xalq, qövm üçün olduqca təhlükəli məsələdir. Xüsusilə qeyd etmək lazımdır ki, 1878-ci il Berlin konqresinə qədər Qərbi Avropanın aparıcı dövlətlərinin yağlı vədlərinə uymaqla Anadolu torpaqlarında müstəqil erməni dövlətinin yaradılacağına ümid etmiş erməni kilsəsi və onun ətrafında sıx-sıx birləşmiş diaspor təşkilatlarının bu və ya digər yollarla apardığı həmin kampaniya ümumi erməni işinin ikinci fazasını təşkil etdi. Bütün bu sadalanan məsələlər dərindən öyrənilmək və nəticə çıxarmaq baxımından gənc tədqiqatçılar üçün olduqca dəyərlidir.

XIX əsrin sonu – XX əsrin əvvəllərində erməni cəlladlarının Osmanlı imperiyasının Şərqi Anadolu bölgəsində apardığı etnik-milli təmizləmə siyasəti “uğurla nəticələnmədiyindən” bu siyasətin davamı olaraq Qafqazda sabitliyi pozmaq, burada azərbaycanlı əhaliyə qarşı qırğın törətmək və bu işdə çar Rusiyasının maddi və mənəvi köməyindən bəhrələnmək məsələsi ön plana keçdi. Əslində hadisələr Şərqi Anadoludakından fərqli olaraq Qafqazda planlı şəkildə həyata keçirilirdi. Çünki Qərbin maliyyə dəstəyi ilə silahlanan ermənilər Şərqi Anadolu bölgəsində törədilən qiyamlar və qırğınlarda sınaqdan çıxmışdılar. Məhz bu baxımdan onların Tiflisdə törətdikləri hadisələr aparılan siyasətin davamı idi. Hadisələrin çox gərgin məcraya yönəldiyini qeyd edən müəllif yazır ki, ölkədə dinindən, irqindən və milliyyətindən asılı olmayaraq xalqlar arasında milli birlik əhval-ruhiyyəsi hökm sürürdü. Milli birlikdən qorxan hökumət vaxt itirmədən öz çirkin siyasətini həyata keçirməyə çalışırdı. İlk olaraq partiya və bir sıra təşkilatlar arasında fitnə-fəsad törətməyə çalışan çar hökuməti bu çirkin əməllərdən bir nəticə əldə etmədikdə hiyləni təşkilatlanmış ermənilərin vasitəsilə həyata keçirməyə çalışırdı. Gizli formada, xəfiyyələr simasında fəaliyyət göstərən hökumət nümayəndələri erməni tacirlərini, sənətkarlarını və digər təbəqədən olan vətəndaşlarını aldadaraq azərbaycanlılara qarşı istifadə edirdilər. Müəllif yazır ki, günlərin birində cəsuslardan biri erməni tacirinin yanına gələrək ona bir sıra təxribat xarakterli tapşırıqlar verməyə çalışır və sonrakı hadisələri belə şərh edir: “Türklərin silahlandığını siz də, əlbəttə duymuş olarsınız. Biz daha öncə təsbit etdik, onlar sizin üzərinizə hücum etmək istəyirlər. Siz də, biz də nə də olsa xristianıq. Vəhşi türklərin din qardaşlarımızı qətl edib, bizə də pislik etmələrinə razı ola bilmərik. Daima oyanıq və tədbirli olmanız üçün Sizə xəbər veririk. Siz də silahlanıb özünüzü qorumağa hazırlaşın, yoxsa hamınız qətlə yetiriləcəksiniz. Bunu bizdən xəbər tutduğunuzu heç kimə söyləməyin. Hökumət və türklər duymasın”. Göründüyü kimi bu insanlar hökumətin məsul işçiləri olub bilərəkdən azərbaycanlı əhaliyə qarşı təxribatçı əməllərini həyata keçirməyə səy göstərirdilər. Müəllif sonrakı hadisələri qələmə alaraq yazır: “Ertəsi gün bir qrup hökumət nümayəndəsi türk tacirinin yanına gələrək ona aşağıdakıları xatırlatmağa çalışır: “Hacı, sizin nə qədər xətrinizi istədiyimizi bilirsiniz. Dövlət sirri hər kəsə söylənilməz, fəqət siz əcnəbi deyilsiniz. Buna görə də aldığımız gizli xəbərləri sizə söyləməyi lazım bilirik. Ancaq bu deyilənləri heç kəsə söyləməyəcəyinizə and için. Biz savaş istəmirik.

– Əfəndi nə söyləyirsiniz? Biz kimi öldürmək istəyirik ki?

– Qonşunuz ermənilərin gecə-gündüz silahlandıqlarını, varlarını-yoxlarını silaha yatırdıqlarını daha duymadınızmı? Polis tərəfindən onlara silah verildiyini öz gözlərimizlə gördük”. Bəhs olunan dövrdə hadisələrin kritik məcraya yönəldiyini qeyd edən müəllif daha sonra yazır. “Ölkə barıt çəlləyinə bənzəyirdi. Ona sadəcə od vurmaq kifayət idi”.

Müəllif baş verməkdə olan etnik qarşıdurmaların əsas bəhanəsinin məhz 1905-ci ilin oktyabr ayının 20-də axşam saat 9-da 3 nəfərin faytonla erməni məhəlləsi tərəfindən gələrək “Şeytan bazarı”ndakı türklərin “Roza” gül mağazası önündən keçərkən havaya açdıqları 5-10 atəşin olduğunu qeyd edir və bu haqda yazır: “Həmin gün türklər (azərbaycanlı əhali nəzərdə tutulur-T.C) ermənilərin, ermənilər də türklərin məhəllələrini güllə yağışına tutdular. Günlər ötdükcə proses daha da dərinləşirdi. Yolda silahlı ermənilər sağa-sola qaçır, panikaya qapılmış xalq körpüyə doğru axınla hərəkət edirdi. Biz də axan bu insan seli arasında körpüyə yaxınlaşdıq. O anda çaydakı faciəni görəndə Qafqazın mədəni bir mərkəzində olduğuma inanmaq istəmədim. Çayda törədilən qanlı faciəni (burada Kür çayının Tiflisdən keçən hissəsi nəzərdə tutulur-T.C.) seyr etməyə gələn millətin halı mənə Neron zülmünün səhnələrini xatırladı”. Ömər Faiq azərbaycanlı əhaliyə olmazın işgəncələrin verilməsini ağlasığmaz qəddarlıq kimi qiymətləndirərək yazır: “Vorontsov körpüsündən keçən türk vətəndaşlarını tutaraq bağırda-bağırda körpünün kənarına gətirir və buradan çaya yuvarlayırdılar. Bu azmış kimi Peska və Vorontsov məhəllələrində çalışan türk işçilərin işlədiyi yerlərdən çıxarıb xəncərlə dəlik-deşik etdikdən sonra çayın kənarındakı dəyirmanların hündür yerlərindən aşağıya-suya atırdılar. Suya atılan yaralılar boğulmamaq üçün var gücləri ilə çırpınaraq çayın kənarına çıxmağa çalışır, lakin kənardakı erməni vəhşilərinin açdıqları atəşlə yenidən suya baş vurur, sonda görünməz olurdular”. İnsanlığa sığmayan bu cür vəhşiliyin qarşısında özünü gücsüz, tənha hiss edən Ömər Faiq xalqın nicatı üçün hökumətin bu biçarə və zavallı şəxslərin halına acıyacağıa, onlara yardım edəcəklərinə ümid edirdi. O, yazırdı: “Heç kəsin tükü belə tərpənmirdi. Sanki hər kəs tutulan insanların suya necə atılacağını, suda yaralı vücudu ilə nə cür çırpınıb-çabalayacağını, daşlarla necə mücadilə edəcəyini, güllələrdən sonra nə cür boğulacağını təkrar-təkrar görməkdən zövq alırdı. Hadisələr Tiflis şəhərində kulminasiya nöqtəsinə çatmışdı. Bütün Tiflis əhalisi ayağa qalxmışdı, kimi boğuşur, kimi də evində qorxu ilə hadisələrin sonrakı prosesini gözləyirdi. Ertəsi gün yenidən atəş səsləri eşidildi və getdikcə daha da şiddətləndi. Güllə yağışı bütün məhəlləni darmadağın etmişdi. Gözümün önündə ölüm qorxusu ilə varlığını itirmiş, mənən kiçildilmiş, alçaldılmış vücudlar, qulaqlarıma gələn dua və yalvarış səsləri məni olduqca hiddətləndirmişdi. Yerə diz çökmüş, Həzrəti Abbası köməyə çağıran bu zavallıların imdadına yetişib onları sakitləşdirməyə çalışırdım”.

Qeyd etmək lazımdır ki, hadisələrin şiddətli vaxtlarında Tiflisin bütün erməni məhəllələrini qarış-qarış gəzərək insanların bu çirkin oyundan əl çəkmələrini istəyən Ömər Faiq xatirələrində yazır: “Mən Tiflisi qarış-qarış gəzərək yol qırağında tikilmiş çayxanada ayaq saxladım. Burada insanların vahimə içində olduğunu görüb çaş-baş qalmışdım. Burada tanıdığım bir neçə gənc var idi ki, onlardan bir neçəsini çağıraraq: “Görmürsünüz, hər iki tərəfdən də insanlar qətlə yetirilir, əsl savaşı törədənlər isə ortalıqda görünmürlər. Bu anlaşılmaz savaşın sonu necə olacaq? İki xalq vəhşicəsinə bir-birini qırdıqdan sonra yenə peşman olub utana-utana bir-birinin üzünə baxmayacaqlarmı? Hər iki tərəfin də istədiyi nədir ? Nə üçün savaş edirsiniz? Ortada bir savaş səbəbi yox ki, biləsiniz! – dedim.

Gənclərdən biri: – Biz nə edək, savaşı onlar (ermənilər) başladılar. Bizi tamamilə yox etmək istəyirdilər. Guya onlar bizdən daha mədənidirlər, qonşu savaşının pisliyini, faydasızlığını onlar bizdən öncə düşünüb savaşa başlamışlar. Hanı, barışmaq istədiklərini göstərən bir işarət varmı – dedi:

Mən: – Xeyr yanılırsınız, dedim. Savaşı çar hökuməti törətdi. Türk-erməni münasibətlərini pozan qüvvələr məhz ölkəni mədəni bir səviyyədə idarə etməyi bacarmayan hökumətdir. Üç ay öncəki mitinqi xatırlayırsınız. Orada hökumətdən nə istəyirdilər: hürriyyət, bərabərlik, rifah və öz təmsilçiləri vasitəsi ilə idarə etməyə qatılmaq,deyilmi? İndiyə qədər öz keyfi ilə hərəkət etməyə alışmış olan rejim buna razı olarmı? Əlbəttə, olmaz. Bu çirkin oyunda kimin məhv olmasını isə bir az düşünün! Bu savaşda qazancınız nə olacaqdır? Nə gözləyirsiniz? Nə qədər igidlik göstərib irəliyə getsək, ertəsi gün nə bizə ermənilərin mağazalarını, nə də ki, ermənilərə bizim dükanları verəcəklər. Ara yerdə vəhşicəsinə qırılıb tələf olacağıq”. Göründüyü kimi, Ömər Faiq hadisələrin gedişatını əvvəlcədən duymuş və sadə xalqın bu çirkin oyunda məhv olmasını istəməmiş və insanlarla mütəmadi olaraq fərdi söhbətlər apararaq bu işin başında çar Rusiyasının dayandığını açıq-aydın anlatmağa çalışmışdır. Məhz bu yanlış düşüncənin girovuna çevrilən Ömər Faiq çox-çox sonralar öz səhvlərini anlamağa çalışmışdır və aldadıldığını zənn etmişdir. Ömər Faiq hər iki xalqın nümayəndələrindən ibarət bir təşkilatın yaradılmasının vacibliyini məqsədəuyğun hesab etdi. Nəhayət, Sosial Demokratlara müraciət edilərək ilk öncə Sülh Komissiyasının yaradılması, gürcü və ruslardan ibarət sülhməramlı silahlı qüvvələrin təşkil edilməsi qərara alındı. Komissiyaya gürcülərdən Jordaniya, ermənilərdən Yerkezyan, azərbaycanlılardan isə Ömər Faiq rəhbərlik edirdi. Sülhməramlı silahlı dəstə də komissiyanın ixtiyarına verilmişdi. Silahlı dəstənin əsas vəzifəsi Tiflis şəhərində törədilmiş qırğınların qarşısını almaq, gələcəkdə bu kimi xoşəgəlməz hadisələrin bir daha baş verməməsi üçün xalqları maarifləndirmək idi. Müəllif yazır ki, Qafqazın mərkəzi olan Tiflis kimi böyük bir şəhərdə iki millət bir-birinə top və tüfənglə atəş açdığı halda hökumət bu vəhşiliyə göz yumurdu.Şəhərdə mükəmməl bir təşkilat olduğu halda yanğınlar saatlarla deyil, günlərlə davam edirdi və şəhər idarəsi bu yanğınları sadəcə seyr etməklə kifayətlənirdi. Hətta vəziyyət o dərəcəyə çatmışdı ki, hökumət buradan Afrikaya Qızıl Xaç yardımı göstərdiyi halda öz şəhərində yaralı insanlara nə həkim, nə də ki, dərmanla yardım edirdi”.

Qeyd etmək lazımdır ki, artıq savaşın onuncu günü türk və erməni məhəllələrinə böyük əsgəri qüvvə göndərildi. Hər iki tərəfə atəşin dayandırılması əmri verildi və türk məhəlləsinə bütün Tiflis camaatını yığaraq savaşın başa çatdığını və canişinin birbaşa göstərişi ilə dayandırılmasını bildirdilər. Onlar bu savaşın məhz “aravuranlar” tərəfindən törədildiyini yalandan xalqa çatdırır və hesab edirdilər ki, bu işdə çar hökumətinin heç bir əli yoxdur. Toplantıda söz alan Ömər Faiq tribunaya çıxaraq deyir: “Qardaşlar! Mən uzun danışmayacağam. Ancaq məni diqqətlə dinləmənizi və düşünmənizi rica edirəm. On gündən bəri azərbaycanlıların və ermənilərin bir-birlərini öldürdüklərini hamınız öz gözlərinizlə gördünüz. Uşaq və dəli deyilsiniz, bir düşünün, bu gün əsgər və polisin gəlməsi ilə savaş anındaca kəsildi. Bu gün hökumət məmurları buraya gələrək “barışın” dedi. Ancaq aravuranlar elə bu məmurların özləridir – deyərək tribunadan aralandım. Alqış səslərindən təşvişə düşmüş hökumət nümayəndələri mənim nə demək istədiyimi sonradan başa düşüb məni həbs etməyə çalışsalar da buna nail ola bilmədilər”.

Nəhayət, 1906-cı il mart ayında Tiflis şəhərində “siyasi oyun”un nəticəsi olaraq Sülh Məclisi quruldu. Sülh Məclisi hökumət üçün o qədər önəmli idi ki, hətta Məclisə Qafqaz canişini Vorontsov -Daşkov rəhbərlik edirdi. Məclisə azərbaycanlılardan Qarabəy Qarabəyov, Adilxan Ziyadxanov, Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov, Kərbəlayi İsrafil Hacıyev və Ağaxan İrəvanski, ermənilərdən isə Arutyunov, Qalantar, Xatisov, Taqanasov, Ter-Avetisov, Arekelov,Qarabetov və Xocayev qatılmışdı. Sülh məclisinin əsas amalı savaşın səbəblərini araşdırmaq, dəymiş ziyanı aradan qaldırmaq və bundan sonra savaşın baş verməməsi üçün hər iki xalqın nümayəndələri içərisində maarifləndirici tədbirlər planı həyata keçirmək idi.Canişin çıxışının sonunda əsl günahkarın məhz qanunlara əməl etməyən erməni millətçi ekstremistlərinin və nüfuzlu türklərin himayəsində hərəkət edən gizli silahlı türk dəstəsinin olduğunu bəyan edirdi. Müəllif daha sonra qeyd edir ki, “Məclisə qatılan məşhur senator Kuzminski isə savaşın baş verməsində dini, milli və iqtisadi səbəblər arayır və beləcə guya yeni ictimai qanun kəşf etmiş olurdu”. Doğrudur, müəllif senator Kuzminskinin gətirdiyi şərhləri rədd etməklə kifayətlənir. Əslində isə senatorun bu çıxışının arxasında bir çox həqiqətlərin işartısı sezilir. Məclisdə iştirak edən türk təmsilçiləri çəkinmədən mərdi-mərdanə şəkildə erməni Daşnaksütun partiyasını günahlandırır və savaşın onlar tərəfindən başlandığını bildirir, ermənilər isə məsuliyyəti üzərlərindən atmaqla, ümumiyyətlə, Daşnaksütun partiyasının fəaliyyətinin buradakı türklərə qarşı deyil, Osmanlı dövlətinə qarşı yönəldiyini iddia edirdilər. Ermənilər cəsarət edib açıq-aşkar söyləməsələr də türklərdən daha irəli gedərək hadisələrdə bəzi hökumət məmurlarının əli olduğunu bildirirlər. Amma tərəflərdən heç biri, nə azərbaycanlılar, nə ermənilər, nə də ki, hökumət əslində savaşın əsl səbəbkarını ictimaiyyətin bilməsini istəmirdi. Daha doğrusu, azərbaycanlılar həqiqəti söyləmir, ermənilər hökumətdən ehtiyat edir, hökumət isə günahkar olduğunu boynuna almaqdan çəkinirdi. Lakin çox keçmir ki, Molla Nəsrəddin jurnalı ilk sayından etibarən savaşın səbəblərini açıq-aşkar bəyan etməyə, hadisələrin gedişatını və əsl səbəbkarın kim olduğunu çəkinmədən açıqlamağa başlayır.

 

 

Taleh CƏFƏROV,

ADPU-nun Türk və Şərqi Avropa

xalqları tarixi və tarixin tədrisi

metodikası kafedrasının müəllimi

 

Xalq qəzeti.- 2010.- 14 mart.- S. 4.

Ömər Faiq Nemanzadə haqqında

nemanzade-omer-faiq“Sözün doğrusunu söyləmək lazımdırsa, indiki həyatda bütün huri-qılmanlar ilə bərabər cənnət kişilərin, cəhənnəm də qadınların ayaqları altındadır”.

Onun altı yaşı olanda Çar ordusu Osmanlı ilə savaşmaq üçün uzun yola çıxmışdı, rus əsgərlərinin keçdiyi yolda doğulduğu Axalsix qəzasının Azqur kəndi də var idi. Bütün kənd sakinləri əsgərləri, onların atlarını həyəcanla izləyirdi, belə bir məqamda Ömər də bu həyəcandan məhrum qalmamaq üçün molla məktəbindən qaçır. Qaçmağın cəzası kimi ertəsi gün falaqqa nəsib olacağına görə dostu İsmayılla birlikdə hökumət məktəbinə gedirlər.

Onun bu hərəkətini atası dəstəkləyir, anası isə qarşı çıxır: “Ömərim, sən onun-bunun sözünə baxma, o kafir məktəbini burax, yenə müsəlman məktəbinə get, Quran oxu, adam olmağa çalış, oğlum”.

Ömər isə öz seçimini edir: falaqqanın, saatlarla yerdə əyləşmənin, zorakı şəriət dərslərinin olmadığı, şən uşaqların oxuduğu, əyləncəli, qorxusuz dərslərin keçirildiyi hökumət məktəbini seçir. Ruscası zəif olduğundan atası onu erməni keşişdən dərs almaq üçün yanına göndərir.

İrəli görüşlü atası bir neçə ildən sonra Öməri Qori məktəbinə qəbul etdirmək fikrinə düşür, məktəbə ərizə yollayır. Ömər Qoriyə qəbul olsa da, anasının israrlı və atasından gizli işləri nəticəsində orada oxuya bilmir. Atası onun molla olmağına qarşı idi: “Deyək ki, oğlum molla oldu, xeyri? Böyük işi nə olacaq-namaz qıldırmaq, ölü çimdirmək. Müsəlmanlar üçün bundan böyük sənət yoxdur, deyəsən”.

Lakin anası oğlunun İstanbuldan gələn əfəndilər kimi olmasını, orada molla olub, sonra kəndə qayıdıb böyük adam olmasını istəyirdi. Ona görə də əri Ömərin xəstə bibisini görmək üçün Qoki kəndinə gedərkən oğlunu qardaşı Osman əfəndi ilə birlikdə İstanbula yollayır.

“Anacan! İstanbul çox böyük və gözəl şəhərdir… Dayımın yanındayam. Yaxşı oxurum, sənin duanla tez adam olurum”.

İstanbuldan anasına yazdığı bu məktubda yazılanlara baxmayaraq Ömər anasının istədiyi adamlardan olmur. Çünki Fateh mədrəsəsində də eynilə Azqurdakı mollaların keçdiyi üsulla dərs deyilirdi. Xatirələrində yazırdı: “Çox vaxt əlimdə kitab: nəsərə, nəsəra, nəsəru, nəsərat, nəsərəta, nəsərnə… əzbərlərkən yuxuya tutulur, saatlarca öylə qalırmışam ki, dərsdən gələn dayım ayağı ilə acıqlı-acıqlı vurub məni zorla oyandırırdı”.

Bu cür əzablı günlərin birində Osman əfəndi ilə birlikdə Sultan Səlim məscidinə gedərkən “Darüşşəfəq” məktəbi, oradakı sevincli uşaqlar gözünə sataşır. Dayısı məktəbdə olarkən evdən çıxaraq oraya qaçır, uşaqlarla, müdirlə danışır, burada oxumaq istədiyini bildirir, lakin dayısının icazəsi olmadan oxumasının mümkünsüz olduğu deyilir.

Ömərin oxumaq eşqi, dayısının öyrətdiklərini istəməməsi nəticəsində Osman əfəndi məcbur qalaraq Darüşşəfəqdə oxumasına razılıq verir.

Darüşşəfəq məktəbi

Ömər Faiqin 1883-1891-ci illərdə təhsil aldığı bu məktəb Altunbuynuz adlanan yerdə yerləşirdi. Burada dördüncü sinifdə oxuyarkən atasının ölüm xəbərini eşidir. Anasına ünvanladığı məktubda Ömər yazır: “Atamın ölümü məni də ölü halına qoydu. Gözlərim qaralmış, ürəyim sönmüş, beynim donmuş kimidir”. Bu məktəbdə artıq şəriət dərsləri ilə yanaşı fizika, kimya, kosmoqrafiya dərsləri alır, həftədə bir dəfə məktəbdən kənara çıxdıqlarında əldə etdikləri qəzet və dərgilərdən, ədəbiyyat nümunələrindən Namiq Kamalın sultan istibdadına qarşı yazdıqlarını oxuyub dünyagörüşlərini zənginləşdirirdilər. Darüşşəfəq artıq sultana qarşı üsyan ocağına çevrilirdi.

Nəhayət, yenilikçi görüşlü tələbələrlə məktəb rəhbərliyi arasında qarşıdurma baş verir, tələbələr rəhbərliyə hücuma keçir, lakin qiyam yatırılır, əsas iştirakçılar həbs olunur, digərləri isə zopa ilə cəzalandırılır. Ömər Faiqə 30 zopa və bir ay həbs qismət olur. Quru taxtanın üzərində yatmaqla, quru çörəyə möhtac olmaqla keçən həbsxana həyatından sonra iki ay xəstəxanada yatmalı olur.

Məktəbi bitirdikdən sonra Ömər Faiq Qalata post və teleqrafxanasının “Morid” şöbəsinə təyin edilir. Burada işləyərkən Avropadan gələn qəzetləri mütaliə edərək xeyli dünyagörüşünü zənginləşdirir, xarici qəzetləri oxuması qadağan edilsə də, gizli yolla Avropadan gələn xəbərləri oxuyur, dostları ilə birlikdə toplantılar keçirir. Lakin bütün bu etdiklərinin nəzarət altında olduğunu, həbs olunmaları üçün fürsət axtarıldığını, tutulduqları təqdirdə dənizə atılacaqlarını bilirdilər, ona görə də təhlükə anında qaçırlar. Qalata limanından xarici bir gəmiyə minirlər. Batumda gəmi yoxlanılarkən heç bir sənədi olmadığından Ömər həbs olunur. Bir ay həbsdən sonra batumlu Osman əfəndinin zəmanəti ilə azad olunur, Azqura qayıdır.

Gavur Ömər

Anası və qohumları onu molla qiyafəsində gözlədikləri halda, tanınmış ruhani görmək istədikləri halda o kənddə elmi mübahisələr aparmağa, dünyəvi və şəriət məsələlərini müzakirə etməyə başlayır. Bütün bunlara görə ona kənddə “Gavur Ömər” adı verirlər. Azqurda məktəb açmaq istəyinə razılıq verilmədiyinə görə Tiflisə gedir, lakin orada da iş tapa bilmədiyinə görə 1894-cü ildə Şəkiyə yollanır. Şəkidə o, böyük sürprizlə qarşılaşır. Çünki Şəki sakinləri Qafqazda ilk dəfə olaraq üsuli-cədid üzrə nizamlı bir türk məktəbi açmışdılar. Ömər Faiq bu məktəbdə müəllimliyə başlayır, türk dili, tarix, coğrafiya, hesab və imladan dərs verir. Xüsusən, imla dərslərində şagirdlərə modern həyatın üstünlüklərini izah edən Ömər Faiq az da olsa, bu yolla cəhalətlə mübarizə aparmağın mümkün olduğunu yazırdı: “Bütün düşüncələrin din mövhumatına, bütün mübahisələrin sünni-şiəliyə, bütün söhbətlərin mömin-kafirliyə, bütün ümid və qayğıların cənnət və cəhənnəmə, bütün yad və xəyalların köhnəliyə bağlandığı bir vaxtda bir məmləkətdə ilk açılan bir milli məktəbdəki müvəffəqiyyət ancaq bu qədər ola bilərdi”.

Bu məktəbi sünni müsəlmanlar açdığına görə, şiə uşaqları az gəlirdi, ona görə də sünnilərdən ayrı yaşayan şiələr də tezliklə öz məktəblərini açırlar, Qorini bitirmiş Təhmasib adlı müəllimi məktəbə dəvət edirlər. Daha sonra Şəkidə üçüncü bir məktəbdə açılır.

Şəkidəki fəaliyyəti müddətində Ömər Faiq Axundovun “Məstəli şah” pyesini tamaşaya qoyur, “Müsyo Jordan” rolunu özü oynayır.

İnsanların aşırı cəhalətinə etiraz olaraq bir dəfə müəllim Abdulla bəy Əfəndizadə ilə birlikdə Zəyzid kəndinə gedərkən yolları “Öskürək” pirinin yanından düşür. Burada bir ağacın üstündəki ipləri görən Ömər Faiq kibrit yandıraraq onların üzərinə atır və pir yanmağa başlayır. Alovun yüksəldiyini gördüklərinə cəld qaçırlar. Kəndə çatdıqlarında isə iki müəllim itlərin hücumuna məruz qalırlar, bunu öz aralarında zarafata salaraq pirin qəzəbi kimi yozurlar.

Şəkidə olduğu müddətdə Ömər Faiqi düşündürən əsas problemlərdən biri qadın hüquqları ilə bağlı idi: “Hər yanda olduğu kimi burada da qadın hüququ yox idi. Qadınlar kişilərin tam mənası ilə əsiri və qulu idilər”. Ömər Faiqə görə şəriətin və kişi istibdadının buxovlarından yalnız qadınlar öz iradələri ilə çıxa bilərlər, çünki başqa cür heç kim onlara kömək etməyəcəkdir.

1896-cı ilin yazında Şəkidə xəstələndiyinə görə Ömər Faiq Gəncəyə gəlir, Gəncənin durumu onu dərindən sarsıdır. Həmin dövrün Gəncəsini belə təsvir edir: “Bu tərəfdə uca və əzəmətli Şah Abbas məscidinin qapı və həyəti namaza gələn aftafalı möminlərin çoxluğundan görünmür. Burası hər gün, hər saat qarışqa kimi qaynayır, çünki qoca bir millətin müqəddəratı burada həll olunur. Dəstə-dəstə ibadətə gələn camaatın başları burada ruhanilərin ətəklərinə doğru əyilir…Ulu bir kütlənin mənliyi burada yerlərə sərilir. Cavan, qoca, oxumuş, oxumamış, hamısı burada, yalnız öz yaşayış və səadət ümidini ruhanilərdən diləyir. İştə Nizaminin vətəni olan Gəncənin 1896-dakı halı!”.

Ömər Faiq ümid arxasınca yenidən Tiflisə gedir, lakin burada da heç nə edə bilmir: “Görüşdüyüm ziyalıların çoxu hökumət qulluqçusu, qorxaq, dinçi, sarayda, Mirzə Fətəlinin yerində olanlar isə milli mədəniyyətdən, elmdən uzaq qara rus quyruqları idilər”.

1898-də Ömər Faiq yenidən Şəkiyə gedir. 1900-cu ildə isə ilk dəfə Bakıya gəlir. Bakıda yeganə uğurun Qızlar məktəbi olduğunu görən Ömər Faiq kapitalizmin geniş vüsət aldığı bu şəhəri belə təsvir edir: “Ən böyük türk milyonerləri, ən nüfuzlu axundlar, ən böyük fanatik, ən qorxulu maarif düşməni, ən birinci millət xaini burada idilər”.

Bakını tərk edən Ömər Faiq Şamaxıya gəlir, 1900-1902-ci illərdə burada qalır, təriqət mollalarının fanatik kütləni talaması, kütlənin ruhanilərin əlini, ayağını, bu “qismət olmadıqda” isə atının ayağını öpən insanlardan iyrənərək gələcək yazıları üçün materiallar toplayır. Ömərin buradakı müəllimliyi 1902-ci il zəlzələsi baş verdiyi dövrə qədər davam edir. Zəlzələdə dağıntılar altında qalan, hər bir şeyini itirən Ömər Faiq xanımı ilə birlikdə Axalsixə dönür.

“Şərqi-rus” qəzeti

Nəhayət ki, Ömər Faiq arzusuna yetir. Məhəmmədağa Şahtaxtlının sahibi və redaktoru olduğu türkcə dərc olunan “Şərqi-rus” qəzetində yazmağa başlayır. Lakin tezliklə redaktorla onun arasında konfliktlər başlayır. O, qəzetdə daha çox yenilikçi fikirlərin, ruhaniliyin əleyhinə yazmağın, Şahtaxtlı isə mollaların yazılarını verdiyinə görə qarşıdurmalar yaranırdı. Ömər Faiq yazır ki, bütün bunlara rəğmən o, mənsiz, mən isə onsuz ola bilmirdim. Çünki səhərdən axşamadək pulsuz işləyəcək birini tapa bilməyəcəkdi.
Ömər Faiqin bu dövrdəki bir xidməti Tiflisdə əldə satılan kitablar arasından “Kəmalüddövlə məktubları”nı alması və onun çapı ilə məşğul olması olur. Onun əldə etdiyi nüsxə əsasında sonralar “Kəmalüddövlə məktubları”nı Ağamalıoğlu çap etdirir.

“Şərqi-rus” qəzetində işləyərkən Ömər Faiqin toxunduğu mövzular içərisində mollaların məscidlərdə ərəbcə deyil, xalqın başa düşəcəyi türkcə xütbələrin oxunması ilə, qadınlara edilən zülmün aradan qaldırılması, türk dilinin inkişafı ilə bağlı idi. Bu barədə o yazırdı: “Mənə elə gəlirdi ki, müstəqil dil və ədəbiyyatı olmayan bir millətin siyasi istiqlalı da sağlam ola bilməz”.

M. Şahtaxtlı sahibi olduğu mətbəəni borclandırdığına görə satmaq qərarına gəlir. Bunu görən Ömər Faiq mətbəə başqalarının əlinə keçməsin deyə alverçi dostu Məşədi Ələsgər Bağırovdan 7 min manat pul alaraq Mirzə Cəlilə verir, sonuncu isə mətbəəni satın alır, adını “Qeyrət” qoyurlar.

Mətbəədə ilk kitab Ömər Faiqin “Nəşri-asara dəvət” adlı rus inqilabından bəhs edən əsəri olur. Artıq mətbəə sahibi olan Ömər Faiq və Mirzə Cəlil yeni planlar qururlar. Lakin Ömər Faiqin “Torpaq” jurnalına Türkiyə təhsilli olduğuna görə çap icazəsi verilmir. Mirzə Cəlilin “Novruz” qəzetinə də razılıq olmur. Lakin nəhayət, Azərbaycan jurnalistikasının ən böyük dəyərlərindən olan “Molla Nəsrəddin” jurnalının çapına nail olurlar. Ömər Faiq yazır: “Jurnala olan rəğbət ancaq və ancaq geniş kütlə tərəfindən idi. Bəylərdən, dövlətlilərdən, ruhanilərdən ətək-ətək söyüş, lənət, nifrət yağır, əməkçi deyilən aşağı təbəqədən isə hörmət qalxırdı”.

Ömər Faiqin şəriətlə mübarizəsində əsas yeri milli kimlik tuturdu. Azərbaycan xalqının özünü türk kimi deyil, müsəlman kimi adlandırması digər aydınlar kimi Ömər Faiqi də hiddətləndirirdi: “Ey qafqazlı türk, sən çoxdan İslam qeyrətini çəkirsən və bu qeyrətlə hətta öz varlığını, öz adını da itirmişdin. Sən İslam uğrunda o qədər çalışmış, əqidə qovğalarında o qədər zərər çəkmiş, o mərtəbə yorulmuşsan ki, axırda bu gün onların adlarını çəkmək istəməyib təkcə müsəlman olmaq xəyalına düşmüsən”.
Molla Nəsrəddin jurnalı Ömər Faiqin şəriətlə mübarizə aparması üçün geniş bir meydan idi. “Bir neçə günlüyə” adlı məqaləsində yazırdı: “Biz Molla Nəsrəddinik. Bizim peşəmiz vəhşi adətlərə gülməkdir, bizim xidmətimiz ilan-qurbağaya sataşmaqdır”.

Ömər Faiq xatirələrini “Molla Nəsrəddin” jurnalı ilə bitirir. Artıq onun qarşısında 1937-ci ildə güllələnməsinə qədər davam edən aydınlıq bir yol vardı.

Dilqəm Əhməd

Qaynaq:

1. Ö.F. Nemanzadə: “Xatirələrim”- “Gənclik”, 1985
2. Ö.F. Nemanzadə: “Seçilmiş əsərləri”, “Yazıçı”, 1992